Gündəm

Diqqət: İş həyatında uğur qazanmaq üçün yeddi təklif!

5 Dekabr 2017 18:45

Müraciət etdiyiniz və cavabını həyəcanla gözlədiyiniz işdən müsbət cavab aldınız. Artıq sizi qane edən bir işiniz var və siz müvəffəqiyyət qazandığınızı düşünürsünüz. Ancaq yanılırsınız!

Saçların tez uzanması üçün 10 effektiv üsul...

5 Dekabr 2017 18:40

Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır. Müasir zamanın tələbləri qeyri- normal qidalanma, ciddi iş qrafiki və digər məqamlara görə saçlarımız demək olar gündəlik olaraq mənfi təsirə məruz qalır.

Oliver Kanın evi qarət olundu

5 Dekabr 2017 18:35

Almaniya milli komandasının sabiq qapıçısı Oliver Kanın evi qarət olunub.  Oğrular 48 yaşlı veteran futbolçunun mənzilindən seyf aparıblar. Hadisə baş verən zaman O.Kan və ailə üzvləri evdə olmayıblar. Bu səbəbdən zərərçəkən yoxdur. "Bavariya"nın sabiq qapıçısına dəyən maddi ziyanın məbləği açıqlanmır. Lakin söhbətin 6 rəqəmli məbləğdən getdiyi bildirilir.

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

5 Dekabr 2017 18:30

Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir. Baş idarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Gənc qadın fantaziyasının qurbanı oldu - Hər kəs ondan danışır

5 Dekabr 2017 18:21

22 yaşlı Maison Vallance Tennessidə yaşayır. Meqan adlı qızla sevgilidir. Maison Vallance bir anlıq diqqətsizliyin qurbanı olub və sosial şəbəkənin dilinə düşüb.

Bakıda yeni Data jurnalistika kursu başlayır

5 Dekabr 2017 18:18

Azərbaycanın onlayn, yayım və çap mətbuatından 30 nəfər jurnalist Birləşmiş Ştatların Bakıdakı səfirliyinin dəstəyi ilə bu ilin dekabrından 2018-ci ilin may ayına qədər davam edəcək yeni Data Jurnalistika Kursunun bir hissəsi olan Data Vizuallaşdırılması seminarında iştirak edir.

Azərbaycanlı iş adamının oğlu yoxa çıxdı

5 Dekabr 2017 18:12

Rusiya Federasiyası, Başqırdıstan Respublikası Arxanqelskiy rayonu Uzunlarovskiy qəsəbəsində azərbaycanlı gənc itkin düşüb. Yaxınlarının verdiyi məlumata görə, əslən Azərbaycanın Salyan rayonundan olan, 1990-cı il təvəllüdlü Həsənov Sergey Həsən oğlu iki gündür evlərindən çıxıb və onunla əlaqə kəsilib. Sergey Həsənovla bağlı bağlı axtarış elan edilib. 

Pakistanda partlayış - Ölən və yaralananlar var

5 Dekabr 2017 18:11

Pakistanın şimalındakı Mir-Əli şəhərində partlayış baş verib. Partlayış nəticəsində azı 6 nəfərin həlak olduğu, daha 8 nəfərin yaralandığı bildirilir.

Bu kişini görənlər ehtiyyatlı olsunlar: 3 minlik noutbuku görün necə oğurladı - VİDEO

5 Dekabr 2017 18:09

Bakıda elektronika mağazalarının birində oğurluq hadisəsi baş verib.  Oğurluğun baş verdiyi satış mərkəzindən göndərilən görüntülərdə, hadisə təhülkəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. Mağazaya daxil olan orta yaşlı kişi öncə kompüterlərə diqqətlə baxır. O izlənmədiyinə əmin olduqdan sonra "Apple" markalı dəyəri 3 min manata olan noutbuku paltosunun altına qoyaraq mağazanı tərk edir. 

Ölkə ərazisində 9 milli park fəaliyyət göstərir

5 Dekabr 2017 18:08

Ölkəmizin zəngin tarixi, mədəni və təbii resurslarının mövcudluğu turizmin müxtəlif növləri ilə yanaşı, ekoturizmin inkişafı üçün əlverişli şərait yaratmışdır. Ekoturizm fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən milli parklarda yaradılmış bir sıra turizm infrastrukturları, hazırlanmış turizm marşrutları və turist xidmətləri yerli və xarici turistlərin diqqətini cəlb edir. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, hazırda ölkə ərazisində 9 milli park (1. Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı, 2. Ağgöl Milli Parkı, 3. Şirvan Milli Parkı, 4. Hirkan Milli Parkı, 5. Altıağac Milli Parkı, 6. Abşeron Milli Parkı, 7. Şahdağ Milli Parkı, 8. Göy-göl Milli Parkı, 9. Samur-Yalama Milli Parkı)  fəaliyyət göstərir.

Tərəfdarları Saakaşvilini həbsdən azad ediblər

5 Dekabr 2017 18:08

Kiyevdə bir neçə saat əvvəl saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili azadlıqdadır. Məlumata görə, bu barədə görüntülər M. Saakaşvilinin “facebook” səhifəsində canlı yayımda nümayiş olunub. 

İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi

5 Dekabr 2017 18:06

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.

Sərkisyan generalı istefaya məcbur edib

5 Dekabr 2017 17:58

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Baş Qərargah rəisinin müavini Aykaz Baqmanyanın istefaya getməsinin səbəblərini açıqlayıb. Sarkisyan jurnalistlərə açıqlamasında Baqmanyanın onun çağırışı əsasında istefaya getdiyini bildirib. O, generalın istefaya getməsinə bir sıra iş razılaşmalarını icra etməməsini göstərib.

İran-Türkiyə sərhədinin İran hissəsində PKK terrorçuları silahlı hücum edib

5 Dekabr 2017 17:55

İran-Türkiyə sərhədinin İran hissəsində terrorçu PKK qruplaşmasının 7 nəfərə silahlı hücumu nəticəsində 4 nəfər yaralanıb.

Prezidentdən daha iki sərəncam

5 Dekabr 2017 17:54

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ramazan Ağakişiyevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.