İran-Türkiyə sərhədinin İran hissəsində PKK terrorçuları silahlı hücum edib
İran-Türkiyə sərhədinin İran hissəsində terrorçu PKK qruplaşmasının 7 nəfərə silahlı hücumu nəticəsində 4 nəfər yaralanıb.
5 Dekabr 2017 17:55 Dünyaİran-Türkiyə sərhədinin İran hissəsində terrorçu PKK qruplaşmasının 7 nəfərə silahlı hücumu nəticəsində 4 nəfər yaralanıb.
"Haber7" xəbər verir ki, hadisə Türkiyənin İğdır bölgəsinin Gökay sərhəd taboruna yaxın Küçük Ağrı dağı mövqeyinin qarşı tərəfindən İran tərəfdə su ilə bağlı iş görən 3 mühəndis, 4 hərbçiyə hücum olub. Hücum nəticəsində 2 hərbçi, 2 mühəndis yaralanıb. Yaralılar Türkiyəyə aparılıb və onlara ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, terrorçuların hücum etdikləri İran ərazisi Qərbi Azərbaycan əyalətinin Maku rayonuna aiddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31