Sərkisyan generalı istefaya məcbur edib
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Baş Qərargah rəisinin müavini Aykaz Baqmanyanın istefaya getməsinin səbəblərini açıqlayıb. Sarkisyan jurnalistlərə açıqlamasında Baqmanyanın onun çağırışı əsasında istefaya getdiyini bildirib. O, generalın istefaya getməsinə bir sıra iş razılaşmalarını icra etməməsini göstərib.
5 Dekabr 2017 17:58 DünyaErmənistanın müdafiə naziri Vigen Sarkisyan Baş Qərargah rəisinin müavini Aykaz Baqmanyanın istefaya getməsinin səbəblərini açıqlayıb. Sarkisyan jurnalistlərə açıqlamasında Baqmanyanın onun çağırışı əsasında istefaya getdiyini bildirib. O, generalın istefaya getməsinə bir sıra iş razılaşmalarını icra etməməsini göstərib.
Sarkisyan generalı istefaya Ermənistan prezidentinin göndərdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Sarkisyanla arasında yaranan mübahisə ucbatından Baqmanyanın istefaya getməsi haqqında informasiya yaymışdı. Mətbuat Sarkisyanın bununla Ermənistan ordusuna rahat nəzarət imkanları əldə etməyi hədəflədiyini bildirmişdi. Axar.az