Millət vəkilindən növbəti xeyirxah aksiya

99 saylı Şəmkir Seçki dairəsindən deputat seçilən Sona Əliyeva müntəzəm olaraq seçiciləri ilə görüşərək onların problemləri ilə maraqlanır. Xüsusilə, millət vəkili fiziki qüsurlu sakinlərin problemlərinə daha çox diqqət çəkərək onlara hansısa formada dəstək olmağa çalışır. Bu günlərdə millət vəkilinin müraciəti əsasında daha bir Düyərli kənd sakini Bakı Ortopedik Bərpa Mərkəzi tərəfindən eşitmə cihazı ilə təmin edilib.

99 saylı Şəmkir Seçki dairəsindən deputat seçilən Sona Əliyeva müntəzəm olaraq seçiciləri ilə görüşərək onların problemləri ilə maraqlanır. Xüsusilə, millət vəkili fiziki qüsurlu sakinlərin problemlərinə daha çox diqqət çəkərək onlara hansısa formada dəstək olmağa çalışır. Bu günlərdə millət vəkilinin müraciəti əsasında daha bir Düyərli kənd sakini Bakı Ortopedik Bərpa Mərkəzi tərəfindən eşitmə cihazı ilə təmin edilib. "OLAYLAR"-ın xəbərinə görə, müraciət əsasında ailənin ehtiyaclarına uyğun olaraq ailənin hər üç uşağı yaxın günlərdə digər ortopedik ləvazimatlarla təmin ediləcək.

Qeyd edək ki, bundan əvvəl də millət vəkilinin müraciəti əsasında bir neçə fiziki qüsurlu rayon sakininə müvafiq qurumlar tərəfindən dəstək göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31