Sumqayıtda “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Dekabrın 5-də Sumqayıt şəhəri 8 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub. Tədbirdə məktəbin direktoru Ruhiyə Abdullayeva, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, məktəb direktoru Ruhiyə Abdullayeva çıxışında dövlət quruculuğunda və cəmiyyətin inkişafında gənclərin rolundan danışıb. Qeyd edib ki, gənclərin milli-mənəvi, dini dəyərlərimiz və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində maarifləndirmə işinin düzgün təşkili olduqca vacibdir. Bu baxımdan Dövlət Komitəsinin sifarişi ilə çəkilən və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi təsirli vasitədir.
5 Dekabr 2017 17:07 SosialDekabrın 5-də Sumqayıt şəhəri 8 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş olunub.
Tədbirdə məktəbin direktoru Ruhiyə Abdullayeva, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, məktəb direktoru Ruhiyə Abdullayeva çıxışında dövlət quruculuğunda və cəmiyyətin inkişafında gənclərin rolundan danışıb. Qeyd edib ki, gənclərin milli-mənəvi, dini dəyərlərimiz və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində maarifləndirmə işinin düzgün təşkili olduqca vacibdir. Bu baxımdan Dövlət Komitəsinin sifarişi ilə çəkilən və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş "Şəhadət" sənədli filmi təsirli vasitədir.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov film haqqında məlumat verərək bildirib ki, burada aldadılaraq, yad, zərərli dini düşüncələrin təsiri ilə ölkədən kənarda qanunsuz silahlı birləşmələrə, terror təşkilatlarına qoşulan şəxslərin faciəli həyatı və torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan mübarizədə şəhid olan qəhrəmanlarımızın şərəfli döyüş yolundan bəhs edilir. O, filmin nümayişində əsas məqsədin gəncləri dini radikalizm və onun fəsadları barədə məlumatlandırmaq, eləcə də onlara vətənpərvərlik hissinin aşılanması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda "Şəhadət" sənədli filmi nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.