Hüseyn Cavidin 135 illiyinə həsr olunan tədbir
Bilik Fondu böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın tələbinə uyğun olaraq silsilə tədbirlər keçirir. Olaylar.az bildirir ki, bu tədbirlər çərçivəsində Nardaran Bilik Evində Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunmuş musiqili-bədii kompozisiya nümayiş etdirilib.
5 Dekabr 2017 15:40 SosialBilik Fondu böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın tələbinə uyğun olaraq silsilə tədbirlər keçirir.
Olaylar.az bildirir ki, bu tədbirlər çərçivəsində Nardaran Bilik Evində Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunmuş musiqili-bədii kompozisiya nümayiş etdirilib.
Nardaran məktəblilərinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimi Nərgiz Fətiyeva "Poeziyada əbədiləşən ömür" adlı məruzə ilə çıxış edib.
Hüseyn Cavidin dostlarına yazdığı məktubların birindən sitat gətirən N.Fətiyeva dramaturqun "əsl məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir" fikrini səsləndirib.
Sonda kollecin istedadlı tələbələrinin iştirakı ilə "Mənim tanrım gözəllikdir, sevgidir" adlı kompozisiya nümayiş olunub. Tədbir iştirakçıların marağına səbəb olub, Nardaran Bilik Evində təşkil edilmiş təlim kurslarının dinləyiciləri tələbələrlə mövzu ətrafında fikir mübadiləsi aparıblar.