Gündəm
Külli miqdarda narkotik vasitəni satarkən yaxalandı
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin ölkə ərazisində realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.Komitədən “Olaylar”a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.Nəticədə, narkotik vasitənin alqı-satqısını reallaşdırmaq üçün əraziyə gələn Elxan Əfrail oğlu Şirinov 5 ədəd bağlamada, ümumi xalis çəkisi 4930 qram olan həşiş qətranını şərti alıcıya satmaq istəyərkən saxlanılıb.
Azərbaycan neft hasilatını azaltmaqla bağlı öhdəliyi yerinə yetirib
Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin noyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Oqtay Əsədov Qırğızıstana səfər edəcək
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün dekabrın 7-də Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək. MM-dən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Elçin Quliyev Yavuz Türkgenclə görüşüb
Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-polkovnik Yavuz Türkgencin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xidmətin Məlumat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Sakinlər qorxu içində: quyuların sayı 200 oldu - VİDEO
Türkiyənin Konya şəhərində qeyri-adi hadisə baş verib. Ərazidə qəribə formalı quyular yaranmağa başlayıb. Hər gün quyuların sayının çoxalması sakinlərini qorxuya salıb.
Türkiyə təyyarəsini ildırım vurdu
"Türk Hava Yolları" aviaşirkətinin İstanbuldan Moqadişoya uçan sərnişin təyyarəsini ildırım vurub. Bununla əlaqədar olaraq təyyarə Atatürk hava limanına təcili eniş edib.
Beynəlxalq maliyyə institutları Azərbaycanın sənaye parklarına maraq göstərir
Dekabrın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, beynəlxalq maliyyə institutlarının yerli nümayəndəliklərinin, sənaye parkları və sənaye məhəllələrinin rezidentlərinin iştirakı ilə "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda tədbir keçirilib. Nazirlikdən “Olaylar” verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Azərbaycanda yeni medal təsis olunur
"Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 - 2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.
Dövlət qulluqçularına xidməti vəsiqənin verilmə qaydası müəyyənləşib
Dövlət qulluqçusunun xidməti vəsiqəsinin verilməsi qaydası müəyyənləşib. Məlumata görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni 15-2-ci maddə (Dövlət qulluqçsunun xidməti vəsiqəsi) əlavə edilib. Yeni 15-2.1-ci maddəyə görə, dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.
Polis Şirvanda əməliyyat keçirdi:külli miqdarda narkotik vasitə aşkarlandı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Filmlərimiz 5 – ci Antakya Beynəlxalq Film Festivalının final mərhələsində
Türkiyədə keçirilən 5 – ci Antakya Beynəlxalq Film Festivalının uzun metrajlı film müsabiqəsinin finalında Azərbaycandan “Nar bağı” və “Üçüncü günün adamı” filmləri mübarizə aparacaqlar. Olayar.az bildirir ki, “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filminin quruluşçu rejissoru İlqar Nəcəf, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Ermənistanda Azərbaycan konfetləri aşkarlandı
Ermənistanda yenə Azərbaycan istehsalı olan məhsullar satılır. Bu dəfə mağazalara Bakıda istehsal edilmiş konfetlər yol tapıb. Bu barədə Ermənistanın “Aravot” qəzeti yazıb. Yerevan sakini evinin yaxınlığında yerləşən iri marketlərin birindən konfet alıb. Lakin konfetin dadından xoşu gəlməyib və araşdırma zamanı qənnadı məhsullarının Azərbaycandan gətirildiyi məlum olub.
Deputat baş nazirin müavinini məhkəməyə verdi
Rusiya Kommunist Partiyasından Dövlət Dumasının deputatı Valeri Raşkin məhkəməyə müraciət edərək, baş nazirin müavini Vatali Mutkonun istefasını tələb edib. Deputat Moskvanın Tver rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O, rusiyalı olimpiyaçıları Beynəlxalq Olimpiya Komitəsində lazımınca müdafiə edə bilmədiyi üçün baş nazirin müavini Vitali Mutkonun vəzifəsindən uzaqlaşdırılmasını istəyib.
Vətəndaşlardan odlu silah götürülüb
Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən mütəmadi əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Ərəb turist “Gənclik Mall”a qoyunla girdi
Ötən gün "Gənclik Mall" ticarət mərkəzində maraqlı hadisə yaşanıb. Bakıya Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) qonaq gələn turistlər "Mall"a boğazı iplə bağlanmış qoyunla girib.










.jpg)



