Gündəm

“İradə xala kimilərinin “quş”ları…”

6 Dekabr 2017 13:51

Əməkdar artist Röya Ayxan İradə İbrahimovanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Müğənni başının çamaşırxanada bahalı paltarın yarasız hala düşməsinə qarışdığını qeyd edib: "Məni İradə xala kimilərinin "quş"ları yox, sevdiyim paltarlar maraqlandırır". 

"Bitkoin"dən yeni rekord — 12 min dolları ötdü

6 Dekabr 2017 13:47

Dünyanın ən populyar və bahalı kriptovalyutası sayılan bitkoinin kursu 12 min dolları ötüb. Bununla da onun kapitallaşdırılması 200 milyard dollardan çox olub.

NASA partlayan qalaktikanı lentə aldı

6 Dekabr 2017 13:46

NASA "Hubble" teleskopu vasitəsilə 190 milyon işıq ili uzaqlıqda olan "ESO 580-49" qalaktikasında baş verən partlayışı lentə alıb. Sözügedən qalaktika "Tərəzi" bürcündə yerləşir.

Rusiya “raket qatarı” layihəsini dayandırdı

6 Dekabr 2017 13:41

Rusiya “Barquzin” dəmir yolu raket kompleksinin hazırlamasını qeyri-müəyyən müddətə dayandırıb. Bu haqda Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi “RİA-Novosti” agentliyinə bildirib. Ancaq Müdafiə Nazirliyi bu layihədən tamamilə imtina etməyi planlaşdırmır.

“Turk Ticaret Insaat Merkezi Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dəstək olacaq”

6 Dekabr 2017 13:37

Türkiyə-Azərbaycan arasındakı iqtisadi və siyasi  əməkdaşlığın tarixi yeni deyil. Amma 21-ci əsrin yaşadığımız 17 ilində bu əlaqələr daha da genişlənmiş və  inkişaf etmişdir. Belə ki, ölkələrimiz arasındakı   iqtisadi əməkdaşlıq artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əlaqələr iqtisadiyyatın ən müxtəlif  sahələrində, neft və qeyri-neft sektorunda özünü ehtiva edir. Müvafiq dövlət strukturları arasındakı  birgə əməkdaşlıq özəl sektora da öz təsirini göstərib. Son illərin statistikasına görə, 3000-dən artıq türk şirkəti ölkəmizdə  kənd təsərrüfatı, xidmət, sənaye, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 38%-dən çoxunu türk şirkətləri təşkil edir. Türkiyədə də eyni  mənzərə müşahidə olunmaqdadır. 1000-dən çox Azərbaycan şirkəti qardaş

"Həyatımda belə müsibət görməmişdim" - Cərrah şoka düşüb - VİDEO - FOTO

6 Dekabr 2017 13:36

Travmatologiya şöbəsinin cərrahı Li Kuk Yonqun iş günü gərgin və ağır keçmişdi. Axşam saatlarında yorğunluqdan ayaq üstə güclə dayanan doktor Yonq evə getməyə hazırlaşanda qəflətən telefonu zəng çaldı.

“İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcək

6 Dekabr 2017 13:33

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən “Qalereya 1969”-da 2017-ci il dekabr ayının 7-dən 12-dək “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcək.

Azərbaycanın YUNESKO da daha bir uğuru

6 Dekabr 2017 13:31

Cənubi Koreyanın Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar 6 dekabr tarixində elan edilib.

Gürcüstandan gətirilən pirotexniki vasitələr müsadirə olunub

6 Dekabr 2017 13:28

Gömrükdə Gürcüstandan Azərbaycana gələn avtomobildə 18 qutu pirotexniki vasitə aşkar edilib.Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuiat xidmətindən “Olaylar”a məlumat verilib.

Putin qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcək

6 Dekabr 2017 13:21

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu noyabr ayının yekunları ilə bağlı mətbuat konfransı keçirib. İlkin olaraq bölgədə, xüsusən Rusiyada cərəyan edən siyasi proseslərə diqqət yönəldən politoloq qeyd edib ki, Rusiya Federasiyası mürəkkəb geosiyasi vəziyyətdədir.

Dünya 815 milyon nəfər aclıq çəkir

6 Dekabr 2017 13:20

Avropada və Mərkəzi Asiyada 14 milyondan çox adam aclıqdan əziyyət çəkir. Məlumata görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

Bakıda bayram yarmarkaları İŞƏ BAŞLADI

6 Dekabr 2017 13:17

Yeni il bayramı ilə əlaqədar olaraq paytaxtın müxtəlif rayonlarında qurulan bayram çadırlarının bəziləri fəaliyyətdədir, bəziləri də yaxın günlərdə işə başlayacaq. Bu barədə  Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, bayram çadırlarının sayı 10-dan çox olmayacaq.

Beynəlxalq təşkilat BNA əməkdaşlarına sertifika təqdim edib

6 Dekabr 2017 13:15

Bakı Nəqliyyat Agentliyinin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektivi tərəfindən həyata keçirilir.

Dənizçilərə mükafatlar təqdim olunub

6 Dekabr 2017 13:14

Prezident İlham Əliyevin ölkədə neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasili münasibəti ilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə təltif etdiyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bir qrup əməkdaşına mükafatların təqdim olunması mərasimi keçirilib.

Anar Nağılbazdan ehtiraslı DUET - VİDEO  

6 Dekabr 2017 13:12

Son günlər şəxsi qalmaqalları ilə gündəmdə olan Azərbaycan repinin atası Anar Nağılbazın yeni dueti işıq üzü görüb. Mahnıda Anar “Qumru” adlı xanıma ehtiraslı sevgisini bildirir. Reperin gənc ifaçı Jay Hunla oxuduğu dueti izləyicilər tərəfindən maraqla qarşılanıb.