“Turk Ticaret Insaat Merkezi Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dəstək olacaq”

Türkiyə-Azərbaycan arasındakı iqtisadi və siyasi  əməkdaşlığın tarixi yeni deyil. Amma 21-ci əsrin yaşadığımız 17 ilində bu əlaqələr daha da genişlənmiş və  inkişaf etmişdir. Belə ki, ölkələrimiz arasındakı   iqtisadi əməkdaşlıq artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əlaqələr iqtisadiyyatın ən müxtəlif  sahələrində, neft və qeyri-neft sektorunda özünü ehtiva edir. Müvafiq dövlət strukturları arasındakı  birgə əməkdaşlıq özəl sektora da öz təsirini göstərib. Son illərin statistikasına görə, 3000-dən artıq türk şirkəti ölkəmizdə  kənd təsərrüfatı, xidmət, sənaye, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 38%-dən çoxunu türk şirkətləri təşkil edir. Türkiyədə də eyni  mənzərə müşahidə olunmaqdadır. 1000-dən çox Azərbaycan şirkəti qardaş

Türkiyə-Azərbaycan arasındakı iqtisadi və siyasi  əməkdaşlığın tarixi yeni deyil. Amma 21-ci əsrin yaşadığımız 17 ilində bu əlaqələr daha da genişlənmiş və  inkişaf etmişdir. Belə ki, ölkələrimiz arasındakı   iqtisadi əməkdaşlıq artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əlaqələr iqtisadiyyatın ən müxtəlif  sahələrində, neft və qeyri-neft sektorunda özünü ehtiva edir. Müvafiq dövlət strukturları arasındakı  birgə əməkdaşlıq özəl sektora da öz təsirini göstərib. Son illərin statistikasına görə, 3000-dən artıq türk şirkəti ölkəmizdə  kənd təsərrüfatı, xidmət, sənaye, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 38%-dən çoxunu türk şirkətləri təşkil edir. Türkiyədə də eyni  mənzərə müşahidə olunmaqdadır. 1000-dən çox Azərbaycan şirkəti qardaş ölkənin müxtəlif şəhərlərində uğurla fəaliyyət göstərir. Və bu münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir.

Son illər "Okuklu Holdinq" adlı növbəti bir türk şirkəti qeyd olunan sferada öz töhfəsini verməkdədir. Azərbaycanda uzun illər fəaliyyət göstərən iş adamı Yılmaz Okuklunun  rəhbəri olduğu  bu şirkətin  Rusiya-Türkiyə-Azərbaycan şirkətlərinin müxtəlif layihələrinin gerçəkləşməsində xüsusi  payı var. "Okuklu Holdinq"in təşəbbüs və təşkilatçılığı ilə yeni yaradılan Turk Ticaret Insaat Merkezinin də fəaliyyəti  dövlətlərin verdiyi imkanlardan yararlanıb istər mədəni, istərsə də iqtisadi əlaqələrin möhkəmlənməsinə yönəlib. Bu günlərdə Türkiyə Prezidentinin  qardaş ölkənin Iğdır şəhərinə səfəri zamanı Turk Ticarət Inşaat Mərkəzinin təmsilçiləri ilə görüşündə də eyni məsələyə toxunulub. Belə ki, Turk Ticarət Inşaat Mərkəzinin nümayəndələrinin Iğdıra səfəri çərçivəsində Iğdır bələdiyyəsində, hakim partiyanın Iğdır təşkilatında, Iğdır icra hakimiyyətində keçirilən görüşlərdə is adami "Okuklu Holdinq" in rəhbəri Yilmaz Okuklunun təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələrin iki ölkənin ayrı-ayrı rayon və şəhərləri arasında da uğurlu bir körpü rolu oynayacağı bildirilmişdir. Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da  görüş zamanı qeyd olunanları yüksək qiymətləndirmiş və bu fəaliyyətin ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsinə töhfələr verəcəyinə inamını vurğulamışdır.

Görüşlərdə Turk Ticarət Inşaat Mərkəzinin adından hədiyyələr də təqdim olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31