Putin qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcək
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu noyabr ayının yekunları ilə bağlı mətbuat konfransı keçirib. İlkin olaraq bölgədə, xüsusən Rusiyada cərəyan edən siyasi proseslərə diqqət yönəldən politoloq qeyd edib ki, Rusiya Federasiyası mürəkkəb geosiyasi vəziyyətdədir.
6 Dekabr 2017 13:21 SiyasətMübariz Əhmədoğlu: "Bu dəfə onu Medvedev deyil, Şoyqu əvəzləyəcək"
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu noyabr ayının yekunları ilə bağlı mətbuat konfransı keçirib. İlkin olaraq bölgədə, xüsusən Rusiyada cərəyan edən siyasi proseslərə diqqət yönəldən politoloq qeyd edib ki, Rusiya Federasiyası mürəkkəb geosiyasi vəziyyətdədir. Belə vəziyyətin yaranmasının əsas səbəbi Rusiyanın Yaxın Şərq siyasətində arxalandığı kürd parametrinin qəflətən sıradan çıxmasıdır: "İraq Kürdüstanındakı referendum əks-effekt yaratdı. İraq Kürdüstanı nəinki müstəqil ola bilmədi, hətta neftlə zəngin Kərkük regionunu itirdi. Bu Rusiya üçün konkret iqtisadi itkidir. 1 milyard dollar verdiyi pul batdı. Ehtimal ki, referendum da bu pulla keçirilib. Kərkük neft yataqlarından əldə edə biləcəyi əlavə 2 milyard dollar qazancdan da məhrum oldu. Amma kürd parametrinin sıradan çıxması Rusiya üçün geosiyasi, və geostrateji baxımdan iqtisadiyyata nisbətən qat-qat ciddi zərbə vurdu. Rusiya hədsiz dərəcədə güclü maşanı əlindən itirməklə yanaşı, eyni zamanda onun Türkiyə və İranla strateji rəqibliyini artırdı. O da nəzərə alınmalıdır ki, yaxın illərdə kürdlərin əvvəlki səviyyəyədək güclənməsi mümkün deyil. Beləliklə Rusiyanın Yaxın Şərq regionunda ciddi itkilərə məruz qalması göz qabağındadır. Ona görə ABŞ Rusiyaya qarşı mövqeyini sərtləşdirməyə başlayıb. ATES-in Vyetnam sammitində məhz ABŞ tərəfi prezidentlərin görüşündən imtina etdi. Bu sammitdə Putin Trampla iki dəfə ayaqüstü görüşdü, eləcə də İordaniyada fəaliyyət göstərən işçi qrupun hazırladığı Suriya tənzimlənməsi barədə sənədi təsdiqlədilər. Məhz bu sənəd Rusiyanın düşdüyü geosiyasi vəziyyətin göstəricisi oldu. Çünki RF ABŞ-ın irəli sürdüyü şərtləri qəbul etməli oldu. Şərtlərin qəbulu strateji baxımdan RF üçün yaxşı heç nə vəd etmir. Çünki, RF İranı və İrana bağlı qüvvələri Suriyadan çıxarmaqla bağlı ABŞ qarşısında öhdəlik götürür. RF Cenevrə platformasını Suriya tənzimlənməsi üçün yeganə platforma kimi qəbul edir. Bu RF-in Qazaxıstan platformasından imtinası deməkdir. Ola bilər V.Putin Nazarbayevin aktivliyindən narahat olaraq Qazaxıstan platformasının sıradan çıxmasında maraqlıdır. Bu faktiki olaraq RF-in B.Əsəddən imtinası anlamına gəlir". Onun sözlərinə görə, qısa fasilədən sonra ABŞ yenə arada B.Əsədin iştiraklı ilə Suriya tənzimlənməsinin mümkün olmayacağını diqqətə çatdırıb. RF-in düşdüyü vəziyyət İranla bağlı siyasəti çox dəqiq xarakterizə edir: "Bir əli ilə D.Trampla İranı Suriyadan çıxarmaqla bağlı müqavilə imzalayan V.Putin, digər əli ilə H.Ruhanini Suriya məsələsini müzakirə etmək üçün üçtərəfli formatda iştirak məqsədilə Soçiyə dəvət etdi. Cəmi bir neçə gün fasilə ilə bu baş verdi. V.Putinin ayın əvvəlində İrana səfər etməsini də nəzərə almaq lazımdır". Politoloq hesab edir ki, kürd faktorunun zəifləməsi ABŞ-ın da siyasətinə təsir edib. Suriya kürdlərini silahlandırmayacağını bildirdi. Yaranmış vəziyyət RF-i seçim qarşısında qoyub. RF ABŞ-ın artan təzyiqi qarşısında əyilməli, Yaxın Şərqdə qazandıqlarından tam imtina etməlidir. Bunun alternativi Rusiyanın ABŞ-la müharibəyə başlamasıdır. ABŞ-ın yenidən Qara dənizdə hərbi aktivliyi başlayıb. RF prezidenti V.Putinin Suriya prezidenti B.Əsədi Soçidə qəbul etməsi, eləcə də Soçidə Astana formatına daxil olan dövlətlərin (RF, Türkiyə, İran) sammitini keçirməsi Putinin siyasi manevrlərinə inandığının və üstünlük verdiyinin əlamətidir. B.Əsədin adından Putin onun Suriya tənzimlənməsində dialoq üçün hər şeyə hazır olduğunu bildirdi. B.Əsədin başqa alternativi yoxdur. İranla münasibətlərə üstünlük verməsi Ərəb dövlətlərini Suriyaya qarşı hərbi aktivliyə vadar edəcəkdir. Rusiya Suriya siyasətini Ərəb dövlətləri ilə dialoq rejimində aparır. Ərəblərin nifrətini müəyyən qədər azalda bilib. B.Əsədlə Soçi görüşündən sonra V.Putin bu mövzuda ABŞ, Misir, Fransa prezidentləri və Səudiyyə kralı ilə telefon danışıqları apardı: "Kürd faktorunun itkisinin əvəzini doldurmaq üçün Rusiyanın şansı heç də sıfır deyil. Burada əsas məsələ V.Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsindəki mövqeyindən və Azərbaycanyönümlü operativliyindən çox şey asılıdır. RF prezidenti V.Putinin təşəbbüsü ilə ABŞ prezidenti D.Trampla telefon danışığı baş tutdu. Bir saat çəkən danışıqda Koreya, Suriya, Ukrayna və İranın nüvə proqramları müzakirə edildi. RF müdafiə naziri S.Şoyqu son aylarda xeyli aktivləşib. Amma noyabr ayında onun keçirdiyi bəzi görüşlər müdafiə naziri statusu ilə uyğun gəlmir. S.Şoyqu BMT Baş Katibinin Suriya məsələləri üzrə nümayəndəsi S.de Mistura ilə Suriya Milli Dialoq Konqresinin təşkilati məsələlərini müzakirə etdi. S.Şoyqu Səudiyyə kralı, Qətər əmiri və Sudan prezidentləri ilə görüşündə müdafiə naziri statusundan üstün məsələləri müzakirə etdi. Ehtimal ki, V.Putin qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcək. Bu dəfə onu D.Medvedev deyil, S.Şoyqu əvəzləyəcək. Görünür, V.Putin aktiv hərbi proseslər olmadan və ya hərbi gücün aktivləşməyəcəyi təqdirdə Rusiyanın uğur qazanacağına inanmır. Qeyri-rus, şərqli S.Şoyqunun hərbi manevrləri Putinin başladığı siyasəti riskli zonadan uzaqlaşdıra bilər".
Orta Asiyada baş verən hadisələrə toxunan politoloq qeyd edib ki, Özbəkistan prezidenti Ş.Mirziyayevin islahatları daha yeni sahələri əhatə edir. Özbəkistan prezidenti Ş.Mirziyayevin daxili və xarici siyasətdə islahatları getdikcə daha yeni sahələri əhatə edir. Məscidlərdə səs gücləndiricilər vasitəsilə azana icazə verildi. Əhalinin buna münasibəti birmənalı deyil. Səmərqənddə dindarların evlərində axtarış aparıldı, saxlanılanlar var. Özbəkistanda dini məsələlərin tədqiqi üzrə iki tədqiqat institutu yaradılır. Bu barədə razılıq Ş.Mirziyayevin Türkiyəyə səfəri zamanı əldə olunub. Ş.Mirziyayev Cizaq regionuna səfər edərək sovet dövründə 24 il (1959-1983) uzun müddət Özbəkistan Kommunist Partiyasına rəhbərlik etmiş və sonradan həbs edilmiş Ş.Şərəf Rəşidovun abidəsinin açılışında iştirak etdi: "Daxili həyatda da ciddi addımlar atılır. Məktəbli qızlar kütləvi surətdə bakirəliyə görə yoxlanılırlar. Rəsmi Daşkənd bununla gənc qızların özünə qəsdlərin kütləviləşməsinin qarşısını alırlar.Mütəxəssislər məsləhətçi statusunda Özbəkistana qayıdırlar. "Türk Hava Yolları"nın keçmiş vitse-prezidenti Orhan Sivrikaya "Özbək Hava Yolları" kompaniyasının strateji inkişaf üzrə məsləhətçisi təyin edildi. Bahalaşmanın qarşısını almaq üçün bazarlarda məhsulların qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi. Benzin qıtlığının qarşısını almaq üçün maliyyə nazirliyi neftayırma zavodlarına xaricdən neft və neft məhsulları ixracı üçün 250 milyon dollar vəsait ayırdı". Özbəkistan prezidenti Ş.Mirziyayevin siyasətinin yeniləşməsinin əlamətləri təkcə bunlar deyil. Özbəkistan Tacikistana dünya bazarındakı qiymətdən aşağı qiymətə 1000 kub metri 150 dollar qiymətə qaz təklif etdi. Özbəkistan Qırğızıstan məhsullarını almağa hazır olduğunu bildirdi. Qazaxıstanla sərhəddə yaranmış vəziyyətə görə Qırğızıstan məhsulları ölkədən kənara çıxa bilmir. Region daxilində Ş.Mirziyayev daha cəsarətli addımlar atır. Ş.Mirziyayev Kambarat SES 1-in (Qırğızıstan) aksiyalarını almağı təklif edir. Su, qaz və elektrik enerjisinin qiymətləri bahalaşdırıldı. Məqsəd əldə olunan gəlir vasitəsilə sayğacları dəyişdirməkdir. Özbəkistan 26 milyard dollar qızıl valyuta ehtiyatına malikdir. Bu rəqəm ilk dəfə açıqlanır: "İqtisadi baxımdan ciddi proseslər başlanıb. Prezident xarici ticarət fəaliyyətinin daha liberallaşması barədə tədbirlər planını qəbul etdi. İnnovasiya Nazirliyi yaradılır. Asiya İnkişaf Bankı yaxın 3 il ərzində Özbəkistana 2,9 milyard məbləğində investisiya qoymaq niyyətindədir. Alman bankları kiçik biznesin inkişafı üçün 950 milyon avro vəsait ayırmaq niyyətindədirlər". Politoloq qeyd edib ki, Özbəkistanın Azərbaycanla münasibətdə aktivlik var. Özbəkistanın baş nazirinin müavini Alişer Sultanov və müdafiə naziri, general-mayor Abdusalom Azizov Azərbaycanda səfərdə oldular. Neft-qaz və hərbi sahədə konkret müzakirələr aparıldı. Baş nazirin müavinini prezident İ.Əliyev qəbul etdi. ÇXR-in Beijing kompaniyası Özbəkistanda sement zavodu tikir. Ümumi dəyəri 160 milyon dollar olan bu zavodun məhsulu Rusiya bazarına ixrac olunacaqdır. Müqavilənin imzalanma mərasimində Özbəkistan və Rusiyanın baş nazirləri Abdulla Aripov və D.Medvedev iştirak etdilər. MDB hökumət başçılarının iclasında iştirak məqsədilə Özbəkistana gəlmiş RF baş naziri D.Medvedev özbəkistanlı həmkarı ilə ikitərəfli iqtisadi əməkdaşlığı müzakirə etdi. Ş.Mirziyayevin qəbulunda olarkən D.Medvedev RF-lə Özbəkistan arasında münasibətlərin keyfiyyətinin dəyişdiyini bildirdi. RF Polşadan Özbəkistana göndərilən 20 ton donuz piyini öz ərazisində buraxmaqdan imtina etdi. RF Elmlər Akademiyası "Teymurun qanunlar külliyyatı", nadir Quran nüsxəsi və digər əlyazmaların faksmilə sürətini Özbəkistana verdi. Regional kontekstdə Ş.Mirziyayev ikitərəfli münasibətləri yaxşılaşdırmaqla yanaşı, həm də regionda inteqrasiya proseslərini stimullaşdırma kursunu götürüb: "Özbəkistan "Bir keçmiş, ümumi gələcək, davamlı inkişaf və qarşılıqlı çiçəklənmə naminə əməkdaşlıq" beynəlxalq konfransını təşkil edərək Mərkəzi Asiya regionu ölkələri başçılarının assosiasiyasını yaratmağı təklif etdi. Əksər ekspertlərin fikrincə, Özbəkistan izolyasionizm siyasətindən imtina edib, Mərkəzi Asiyanın vahidləşməsi kursunu götürüb. ABŞ-ın prezident köməkçisinin müavini, Cənubi və Mərkəzi Asiya işləri üzrə böyük direktoru Liza Kyortis Özbəkistanın iqtisadi islahatlarda və regional münasibətlərin yaxşılaşmasında yeni tərəqqisini tanıdıqlarını bildirdi. Özbəkistan "Freedom House"nin internet azadlığı reytinqində vəziyyətini yaxşılaşdırıb. Cənubi Koreyaya səfər edən prezident Ş.Mirziyayev Cənubi Koreyanın prezidenti ilə görüşdə ikitərəfli və regional məsələləri müzakirə etdi. Səfər zamanı 1,5 milyard dollarlıq müqavilələr imzalandı. Koreya yük maşınları Özbəkistanda yığılacaqdır".
Nurlan