Gündəm

Müəllimlərin bilik və bacarıqları artırılır

6 Dekabr 2017 13:07

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin İnformatika müəllimləri üçün növbəti seminar keçirilib. İdarədən “OLAYLAR”-a bildirilib ki,.“Alqoritmləşmə və proqramlaşdırmanın aktual problemləri” mövzusunda seminar Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “Addım” layihəsi çərçivəsində təşkil edilib. 

Bankların vəziyyəti ürəkaçan deyil

6 Dekabr 2017 13:03

"Bu il kommersiya banklarındakı əmanətlərin həcmi 7 milyard 747 milyon manatdan 7 milyard 22 milyon manatadək, yəni 725 milyon manat azalıb. Mövcud əmanətlərin 1 milyard 982 milyon manatı milli, 5 milyard 40 milyon manat isə xarici valyutada saxlanılır. Deməli, əmanətlərin 70 faizindən çoxu xarici valyutadadır. Əmanətlərin həcminin azalması ilə yanaşı diqqəti çəkən digər məqam depozit faizlərinin aşağı düşməsidir".

Ramiz Məlik onu hədələyən Xalq artistinin OĞLUNA CAVAB VERDİ

6 Dekabr 2017 12:57

Xalq artisti Ramiz Məlik sosial şəbəkədə ünvanına təhqiramiz sözlər yazaraq onu təhdid edən həmkarı Ramiz Novruzun oğlu Cavidan Novruza cavab verib. Ramiz Məlik ona “Atamı 3 illik tutduracaqmış... Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim!” deyən Cavidan Novruzla intriqaya girmək istəmədiyini deyib: “Bu sözləri Ramiz Novruzun oğlu deyib, niyə belə yazdığını ondan soruşmaq lazımdır. Ümumiyyətlə, bu barədə heç nə danışmaq istəmirəm”.

Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərə hökm oxunur

6 Dekabr 2017 12:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Mikayılov 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Danışılmış oyunlarla bağlı AFFA-dan daha bir SƏRT QƏRAR

6 Dekabr 2017 12:43

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib. Belə ki, “İnter”in (hazırkı “Keşlə”) və “Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb. “Ağ-qaralar”ın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və məşqçi-metodist kimi çalışan Mehdizadənin assosiasiyaya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib.

75454,62 manat məbləğində iddia qaldırıldı

6 Dekabr 2017 12:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.  Olaylar.az bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 212 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 25 müddətli “məcburi göstəriş” verilib.

Səməd Seyidov: Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır

6 Dekabr 2017 12:40

Azərbaycan Avropa İttifaqı ilə bərabər əsaslarla, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. “Olaylar” xəbər verir ki, bunu  jurnalistlərə müsahibəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib. Səməd Seyidov deyib ki, “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda Avropa İttifaqı və digər Avropa institutları ilə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. “Biz rəsmi Bakının Avropa İttifaqı ilə münasibətləri barədə fikirlərini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırdıq.

Məşhur müğənni sevənlərini qorxutdu

6 Dekabr 2017 12:36

Məşhur türkiyəli müğənni Selamı Şahin ötən gecə təcili olaraq xəstəxanaya yerləşdirilib. Olaylar.az bildirir ki, müğənni evində huşunu itirərək yığılıb. Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan Semani Şahinin ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Hələbdə zəlzələ - Məktəblər fəaliyyətini dayandırdı

6 Dekabr 2017 12:34

İraqın Hələb şəhərində yeraltı təkan qeydə alınıb. Olaylar.az bildirir ki, 4,9 bal gücündə olan zəlzələ heç bir dağıntı və təlafata səbəb olmayıb. Lakin rəsmilər bir çox məktəblərin fəaliyyətini dayandırıb.

ABŞ strateji bombardmançılarla Şimali Koreya sərhədini bombaladı

6 Dekabr 2017 12:30

ABŞ-ın Hərbi-Hava Qüvvələrinin B-1B “Lancer” strateji bombardmançıları çərşənbə günü Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın sərhədində yerləşən poliqonda aviazərbələr endirib.

Ətlik heyvanların gömrük rüsumu qalxıb? - Açıqlama

6 Dekabr 2017 12:27

Xaricdən ölkəyə gətirilən diri ətlik heyvanların gömrük rüsumun artırıldığı iddia olunur. Ətlik heyvanların idxalı ilə məşğul olan bir qrup sahibkar qafqazinfo-ya müraciət edərək bildiriblər ki, bundan öncə bir "tır" yük üçün gömrük postunda 7500 manat ödəyirdilərsə, son günlərdə bu rüsum artırılaraq 12000 manat olub. Sahibkarlar qeyd ediblər ki, bu səbəbdən yaxın günlərdə ölkədə ətin pərakəndə satışında qiyməti qalxacaq.

Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi

6 Dekabr 2017 12:25

Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Cənubi Koreyanın Çecudo adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında populyar adətlərin və yaradıcılıq formalarının - ənənəvi mahnı, mərasim və bayramların UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 34 yeni sifarişi müzakirə ediblər.

Xəzər hansı prinsiplər əsasında milli sektorlara bölünür?

6 Dekabr 2017 12:23

Rusiyanın paytaxtı Moskva şəhərində Xəzərin hüquqi statusu ilə bağlı aparılan danışıqların nəticəsi olaraq bu ölkənin xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın bütün məsələləri ilə bağlı razılıq əldə edilib. Lavrov bildirib ki, konvensiyanın mətni demək olar ki, hazırdır.