Gündəm
Britaniyada gizlənən biznesmenlərin siyahısı Putinə veriləcək
Biznes-ombudsman Boris Titov prezident Vladimir Putin üçün Böyük Britaniyada gizlənən Rusiya biznesmenlərinin siyahısını hazırlayacaq. Bu haqda onun özü “RİA-Novosti” agentliyinə bildirib. Titov söyləyib ki, sahibkarların Rusiyaya qayıtmasına icazə verilməsini prezidentdən xahiş edəcək. Onun sözlərinə görə, Rusiyada barələrində cinayət işi qaldırıldığı üçün “İnterpol” tərəfindən axtarılan sahibkarlarla ünsiyyət saxlayırdı.
ABŞ Şimali Koreyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkənin qərb tərəfinə yüksək hündürlükdə havadan müdafiə sistemi THAAD yerləşdirəcək. Buna səbəb Şimali Koreyanin ballistik raket sınaqlarıdır.
ADA Universitetində daha bir ilk - Tələbələr nazirləri simulyasiya etdilər
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv 40-dan artıq ölkədə 7 ildir ki, həyata keçirilən "İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası" beynəlxalq təhsil layihəsi çərçivəsində ADA Universitetində ilk milli "MOİC Club" ("İƏT Modeli Klubu") yaradılıb. Bu həftə isə yeni yaranmış "ADA Universiteti İƏT Modeli klubu"nun ilk təlimləri və simulyasiyası həyata keçirilib.
Azərbaycanın ikinci peyki nə vaxt buraxılacaq?
Azərbaycanın "Azerspace-2/Intelsat-3" ikinci telekommunikasiya peykinin buraxılışı 2018-ci ilin aprel-may aylarında gözlənilir. Bu barədə "Azərkosmos" ASC-dən bildiriblər.
Canlı yayım edən azyaşlı qızlar və əxlaqsız təkliflər... - VİDEO
BBC canlı yayım edilən sosial şəbəkələrlə bağlı araşdırma aparıb. Araşdırmaya görə "Periscope", "Omegle" kimi məşhur saytlara azyaşlı qızlar da daxil olur. Bu azyaşlılar isə onun canlı yayımına baxan oğlanlar tərəfindən əxlaqsızlıq etməyə məcbur edilirlər.
TANAP-ın açılacağı vaxt açıqlandı
Transanadolu (TANAP) qaz boru sistemi 2018-ci ilin birinci yarısında açılacaq. Bu barədə Türkiyə mətbuatı Energetika və Təbii Resurslar Nazirliyinə istinadən xəbər verir. Hazırda qaz kəmərinin tikintisinin yekunlaşdırılması üzrə işlərin sürətlə davam etdirildiyi bildirilir.
Anar Nağılbaz siflisə Praqada yoluxub? - Şok iddia
Tanınmış repçi Anar Nağılbazın adı artıq bir neçə gündür ki, mətbuatda qalmaqallı olaylarda hallanmaqdadır. Əvvəlcə sənətçinin intim videosu yayıldı, keçmiş həyat yoldaşı onun haqqında ağır ittihamlar səsləndirdi, bütün bunların ardınca isə ötən gün repçinin Hepatit C xəstəliyinə tutulduğu məlum oldu.
ÇL-də qrup mərhələsinə yekun vurulur - Bugünkü oyunlar
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq. Keçiriləcək 8 oyundan sonra 1/8 finalın bütün iştirakçılarının adı məlum olacaq.
Qul ağasının üzünə ağ olur - Vəziyyət gərginləşir
Ermənistanda Avropa Birliyi (AB) ilə noyabrın 24-də "Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş"in imzalanmasından maraqlı hadisələr baş verir.
Rusiyadan Müslüm Maqomayevlə bağlı ŞOK İDDİA: mən onun gizli məşuqəsi idim, qızım isə... - VİDEO
Safaronovo sakini İrina Korotkova və sovet estradasının ulduzu Svetlana Rezanova iddia edib ki, məşhur müğənni Müslüm Maqomayevin məşuqələri olub. Hər iki qadın dahi sənətkarın doğmaları ilə münasibətləri aydınlaşdırmaq üçün "Əslində" (На самом деле) proqramının studiyasına gəlib. Svetlana Rezanova tok-şounun redaktoru və aparıcısı ilə Dmitri Şepelova müraciət edib. Müğənni iddia edib ki, dörd il ərzində Müslüm Maqomayevin məşuqəsi olub. Rusiya və Azərbaycan xalqının sevimli müğənnisinin doğma bacısı Tatyana Zayçeva Rezanovanın dediklərini təkzib edib. O, inanmır ki, onun məşhur qardaşı öz xanımı Tamara Sinyavskayanı başqasına dəyişə bilərdi.
Taylandı su basdı — 15 ölü
Taylandın cənubunda son bir neçə gün ərzində yağan leysan yağışlar güclü daşqınlara səbəb olub. Təbii fəlakət 15 nəfərin ölümünə səbəb olub.Sürətli axıntıya qapılan 15 nəfər suda boğularaq həlak olub.
Ərdoğan partiya liderini məhkəməyə verir
Ermənistanın ordu baş qərargah rəisinin müavini işdən çıxarıldı
Ermənistan ordusunda hərbçilərin yarıtmazlığı işdən qovulma ilə nəticələnib. General-leytenant Aykaz Baqmanyan ordu baş qərargah rəisinin müavini postundan uzaqlaşdırılıb. Erməni prezident Serj Sərkisyan bu barədə sərəncam imzalayır.
"YouTube" şirkəti uyğun olmayan videoların qarşısını alacaq
"Youtube" şirkəti 10 min yeni iş yeri açır. Şirkət uyğun olmayan videoların qarşısını almaq üçün belə bir addım atmaq niyyətindədir. Dünyanın məşhur video axtarış portalı şirkət siyasətini pozan uyğun olmayan videoların qarşısını almaq üçün 10 min nəfər işçi götürəcək.
Bakıda beş nəfərin ölümü ilə bağlı YENİ XƏBƏR
Bakıda beş nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.














