Gündəm

"Azərbaycandakı səfir vəzifəsinə bir neçə namizəd nəzərdən keçirilir" - Rusiya XİN

6 Dekabr 2017 11:41

Gələn ilə qədər Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşyov icra edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ölkəsinin Azərbaycana yeni səfir təyin etməsi ilə bağlı məsələyə şərh verərkən deyib.

Prezident İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub

6 Dekabr 2017 11:39

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.

Baş nazir: "Qüdsün İsrail paytaxtı kimi tanınması dinlərarası toqquşmaya səbəb ola bilər"

6 Dekabr 2017 11:35

Qüdsün İsrail paytaxtı kimi tanınması dinlərarası toqquşmaya gətirib çıxara bilər. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib. B.Yıldırım qeyd edib ki, ABŞ Qüdsü İsrail paytaxtı kimi tanımamalıdır: "Bu, beynəlxalq hüquqa ziddir".

Yeniyetmə güləşçilər Astanada 3 qızıl medal qazanıb

6 Dekabr 2017 11:32

Qazaxıstanın paytaxtı Astana şəhərində əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki. turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak edib. 

MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 21-ci iclası keçirilib

6 Dekabr 2017 11:31

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 21-ci iclasında iştirak edib. “OLAYLAR”-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, şuranın iclası çərçivəsində 15 qərar qəbul edilib.

“Azərbaycan:Avrasiyaya yeni körpü”

6 Dekabr 2017 11:30

Azərbaycan Dəmir Yollarının rəsmi tərəfdaşlığı ilə “Azərbaycan:Avrasiyaya yeni körpü” adlı tədbir keçirilir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov tədbiri giriş sözü ilə acaraq qonaqları salamlayıb və ölkə başçısı İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən irihəcmli islahatlat, beynəlxalq nəqliyyat dəhlizlərinin reallşması prosesindəki son vəziyyət haqqında ətraflı məlumat verib. Rusiya Federasiyası Ernst və Young şirkətinin, Qiymətləndirmə və Məsləhət Xidmətlərinin MDB ölkələri üzrə məsləhətçisi Boris Poretskinin sədrliyiilə keçən tədbirdəbir sıra mühüm məsələlər müzakirə olunur.

Ermənistan 100 milyonluq silah müqaviləsini təsdiqlədi

6 Dekabr 2017 11:29

Ermənistan parlamenti Rusiyanın İrəvana 100 milyon dollarlıq kredit verməsi haqqında müqaviləni təsdiqləyib.  Müqaviləyə parlamentin 92 deputatı səs verib. Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan bildirib ki, Ermənistana gətiriləcək hərbi təyinatlı məhsullar tamamilə yenidir. Nazir müavini əlavə edib ki, təchizatlar Ermənistanın təhlükəsizliyinin səviyyəsini artıracaq və ölkənin silahlı qüvvələrinin potensialını gücləndirəcək. Onun sözlərinə görə, söhbət “regional əhəmiyyət” daşıyan silah növlərindən gedir.

Elmar Məmmədyarov həmsədrlərlə görüşəcək

6 Dekabr 2017 11:26

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində Elmar Mammadyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcəkdir. ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Ramiz Həsənov: “Ərzaq təhlükəsizliyi sahəsində pərakəndəlik aradan qaldırılacaq”

6 Dekabr 2017 11:24

“Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində pərakəndəlik aradan qaldırılacaq”. “Olaylar”ın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, əvvəllər ölkədə ərzaq təhlüksəziliyi sahəsində müəyyən pərakəndəlik var idi: “Hər bir qurum öz səlahiyyəti çərçivəsində müəyyən nəzarət həyata keçirirdi.

Azərbaycan vətəndaşlarının 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir

6 Dekabr 2017 11:22

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb. Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb.

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

6 Dekabr 2017 11:16

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Dünən keçirilən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. "Roma" ilə səfər oyununda 0:1 hesabı ilə uduzan "Qarabağ" ölkəmizin xal ehtiyatını artıra bilməyib.  23-cü pillədə qərarlaşan Azərbaycanın 19.125 xalı var.

Zaurun elçiliyə getdiyi qız başqasına qoşulub qaçdı - Bu, efirə getməyəcək

6 Dekabr 2017 11:14

"5/5" verilişinin bu həftəki "Elçilik" buraxlışının səs-küylü olacağı gözlənilir. Verilişin aparıcısı Zaur Kamal həftənin cümə günü yayımlanacaq rubrikayla bağlı ötən gün maraqlı açıqlamalar verib. Aparıcı "Elçilik"in bu həftəki qısa icmalını tamaşaçılarla bölüşüb. 

Qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə artım müşahidə olunur

6 Dekabr 2017 11:11

"Azərbaycan dünyada dinamik inkişaf edən ölkələrdən biridir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Şaxta Baba və Qar qız olmaq istəyənlərin sayı kəskin azalıb

6 Dekabr 2017 11:08

Bu günə qədər Şaxta baba və Qar qız personajları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 3 müraciət daxil olub. Bu barədə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Meriya rəsmisi bildirib ki, onların fəaliyyətinə icazələrin verilməsinə dekabrın 15-dən başlanılacaq.

Rza Zərrabdan İNANILMAZ ETİRAF: Buna görə yalan danışdım

6 Dekabr 2017 11:04

ABŞ ilə işbirliyi edib məhkəmədə şahid qismində iştirak edən azərbaycan əsilli iş adamı Rza Zərrab istintaq zamanı azadlığa çıxmaq üçün yalan söylədiyini etiraf edib.  R.Zərrab hakimin apardığı sorğunun ardınca “Xalqbank”ın keçmiş sədrinin köməkçisi Mehmet Hakan Atillanın vəkili tərəfindən bir daha sorğuya çəkilib.