Ramiz Həsənov: “Ərzaq təhlükəsizliyi sahəsində pərakəndəlik aradan qaldırılacaq”

“Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində pərakəndəlik aradan qaldırılacaq”. “Olaylar”ın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, əvvəllər ölkədə ərzaq təhlüksəziliyi sahəsində müəyyən pərakəndəlik var idi: “Hər bir qurum öz səlahiyyəti çərçivəsində müəyyən nəzarət həyata keçirirdi.

"Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində pərakəndəlik aradan qaldırılacaq". "Olaylar"ın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, əvvəllər ölkədə ərzaq təhlüksəziliyi sahəsində müəyyən pərakəndəlik var idi: "Hər bir qurum öz səlahiyyəti çərçivəsində müəyyən nəzarət həyata keçirirdi. Tarladan süfrəyə qədər nəzarət mexanizmi yox idi, müəyyən problemlər yaşayırdıq. Ərzaq Təhlükəsizliyi Agentliyinin yaranması müsbət hadisəsdir. İnanıram ki, agentlik öz qarşısına qoydugu vəzifələri yerinə yetirəcək. Biz də öz təcrübəmizlə onlara kömək edəcəyik. Bizdə infrastruktur mövcuddur, laboratoriyalarımız var ki, onlardan istifadə etməyi təklif edəcəyik. Bu sahədə pərakəndəlik aradan qaldırılacaq. Əhali keyfiyyətli məhsulla təmin olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31