"Azərbaycandakı səfir vəzifəsinə bir neçə namizəd nəzərdən keçirilir" - Rusiya XİN

Gələn ilə qədər Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşyov icra edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ölkəsinin Azərbaycana yeni səfir təyin etməsi ilə bağlı məsələyə şərh verərkən deyib.

"Hazırda Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə bir neçə namizəd nəzərədən keçirilir. Konkret seçimdən sonra diplomatın namizədliyi Dövlət Duması tərəfindən təsdiq edilməlidir. Bu ana qədər diplomatik və ya deputat korpusundan heç kimin namizədin adını açıqlamaq hüququ yoxdur", - M.Zaxarova bildirib.

Xatırladaq ki, noyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin Vladimir Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. V.Doroxin bu vəzifədə 2009-cu ildən çalışıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31