“Azərbaycan:Avrasiyaya yeni körpü”
Azərbaycan Dəmir Yollarının rəsmi tərəfdaşlığı ilə “Azərbaycan:Avrasiyaya yeni körpü” adlı tədbir keçirilir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov tədbiri giriş sözü ilə acaraq qonaqları salamlayıb və ölkə başçısı İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən irihəcmli islahatlat, beynəlxalq nəqliyyat dəhlizlərinin reallşması prosesindəki son vəziyyət haqqında ətraflı məlumat verib. Rusiya Federasiyası Ernst və Young şirkətinin, Qiymətləndirmə və Məsləhət Xidmətlərinin MDB ölkələri üzrə məsləhətçisi Boris Poretskinin sədrliyiilə keçən tədbirdəbir sıra mühüm məsələlər müzakirə olunur.
6 Dekabr 2017 11:30 SosialAzərbaycan Dəmir Yollarının rəsmi tərəfdaşlığı ilə "Azərbaycan:Avrasiyaya yeni körpü" adlı tədbir keçirilir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, "Azərbaycan Dəmir Yolları" QSC sədrinin birinci müavini Əlirza Süleymanov tədbiri giriş sözü ilə acaraq qonaqları salamlayıb və ölkə başçısı İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən irihəcmli islahatlat, beynəlxalq nəqliyyat dəhlizlərinin reallşması prosesindəki son vəziyyət haqqında ətraflı məlumat verib. Rusiya Federasiyası Ernst və Young şirkətinin, Qiymətləndirmə və Məsləhət Xidmətlərinin MDB ölkələri üzrə məsləhətçisi Boris Poretskinin sədrliyiilə keçən tədbirdəbir sıra mühüm məsələlər müzakirə olunur.
Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində Xəzər Dənizi və Mərkəzi Asiya Dəmir Yolu tədbiri, təkcə regional bazarlardan nəqliyyat nazirlərini bir araya gətirməyəcək, o həm də dəmir yolunun inkişafına məsul şəxsləri, nəqliyyat operatorlarını, hökumət nümayəndələrini, podratçıları və təchizatçıları sərnişin və yük daşıma layihələri üçün strategiya, texnologiya və innovasiya barədə danışmaq üçün dəvət edəcək.
Xəzər və Mərkəzi Asiya Dəmir Yolu tədbiri, Xəzər, İran və Mərkəzi Asiya hökumətləri ilə birgə həyata keçiriləcək yeganə dəmiryolu hadisəsi olmaqla yanaşı, regional və beynəlxalq hökumət nümayəndələrinin iştirakı baxımından digər regional dəmiryolu tədbirlərindən fərqlənir. Tədbirdə Azərbaycan, Türkiyə, İran, İraq, Əfqanıstan, İraq, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkmənistanın və digər ölkələrin nəqliyyat nazirliklərinin, dəmir yolu şirkətlərinin, eləcə də özəl qurumların nümayəndələri iştirak edir.