ABŞ Şimali Koreyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkənin qərb tərəfinə yüksək hündürlükdə havadan müdafiə sistemi THAAD yerləşdirəcək. Buna səbəb Şimali Koreyanin ballistik raket sınaqlarıdır.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkənin qərb tərəfinə yüksək hündürlükdə havadan müdafiə sistemi THAAD yerləşdirəcək. Buna səbəb Şimali Koreyanin ballistik raket sınaqlarıdır.

ABŞ Təmsilçilər Məclisinin Silahlı Xidmətlər Komitəsinin üzvü Mayk Rocer məsələ ilə bağlı açıqlama verib. O, Pentaqona bağlı olan Raketdən Müdafiə Agentliyinin müdafiə sisteminin yerləşdiriləcəyi yerlərə baxış keçirdiyini bildirib. Pentaqon isə məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Bu addımın Şimali Koreyanın 75 gün fasilədən sonra 4500 km hədəfə çata bilən qitələrarası ballistik raket sınaqları gerçəkləşdirməsindən dərhal sonra atılması diqqət çəkib. Əlavə olaraq THAAD yerləşdirmək planının ABŞ-ın "Patriot" sisteminin Səudiyyə Ərəbistanında Husilərin atdığı raketləri dayandıra bilməməsinin ardından gəlməsi nəzərlərdən qaçmayıb.

Qeyd edək ki, hazırda ABŞ-ın qərb tərəfində yerləşən Alyaska ştatının "Fort Greely" hərbi bazasında 26, Kaliforniyanın "Vanderberg" hava bazasında isə 30 raket batareyası var. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31