Beynəlxalq təşkilat BNA əməkdaşlarına sertifika təqdim edib

Bakı Nəqliyyat Agentliyinin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektivi tərəfindən həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyinin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektivi tərəfindən həyata keçirilir. "OLAYLAR"-ın agentliyə istinadən verdiyi xəbərə görə, 90% gənc kadrların təşkil etdiyi kollektivin peşəkarlıq səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu məqsədlə, bu ilin iyun-oktyabr aylarında əməkdaşlar "GEMMS" Group ilə birlikdə təşkil edilmiş treninqlərə cəlb edilib. Treninqdə əməkdaşlara, peşəkar istiqamətdə daha da inkişafa nail olmaları məqsədilə Microsoft Excel proqramı üzrə xüsusi dərslər verilib. Sonda, iştirakçılara müvafiq olaraq Sertifikatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31