Deputat baş nazirin müavinini məhkəməyə verdi
Rusiya Kommunist Partiyasından Dövlət Dumasının deputatı Valeri Raşkin məhkəməyə müraciət edərək, baş nazirin müavini Vatali Mutkonun istefasını tələb edib. Deputat Moskvanın Tver rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O, rusiyalı olimpiyaçıları Beynəlxalq Olimpiya Komitəsində lazımınca müdafiə edə bilmədiyi üçün baş nazirin müavini Vitali Mutkonun vəzifəsindən uzaqlaşdırılmasını istəyib.
6 Dekabr 2017 13:58 DünyaRusiya Kommunist Partiyasından Dövlət Dumasının deputatı Valeri Raşkin məhkəməyə müraciət edərək, baş nazirin müavini Vatali Mutkonun istefasını tələb edib. Deputat Moskvanın Tver rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O, rusiyalı olimpiyaçıları Beynəlxalq Olimpiya Komitəsində lazımınca müdafiə edə bilmədiyi üçün baş nazirin müavini Vitali Mutkonun vəzifəsindən uzaqlaşdırılmasını istəyib.
Xatırladaq ki, dünən BOK 2018-ci ilin Qış Olimpiya Oyunlarında Rusiya yığmasının iştirakına qadağa qoyub. Virtualaz.org "Mash" telegram-kanalına istinadən xəbər verir.