Gündəm

Özcan Denizin atası xəstəxanaya yerləşdirildi

6 Dekabr 2017 15:10

"Öteki taraf" filminin qala gecəsinə qatılan aktyor-müğənni Özcan Dəniz təqdimatı yarımçıq tərk etməli olub. Sənətçinin atasının halı psiləşdiyindən xəstəxanaya yerləşdirilib. Özcan bunu öyrənən kimi qaladan çıxıb xəstəxanaya yollanıb. 

Yaxın Şərqdə sülhyaratma missiyası fiaskoya uğrayır

6 Dekabr 2017 15:10

Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyəsən Yaxın Şərq probleminı, daha doğrusu uzun illər İsraillə Fələstin arasında davam edən qarşıdurmanı, gərginliyi birdəfəlik “yoluna qoymaq” istəyir. Hər halda son günlər Ağ Evdən Yaxın Şərq problemi, xüsusilə ilə İsrail-Fələsin münaqişəsinə dair verilən açıqlamalar belə deməyə əsas verir. Əvvəlcədən onu deyək ki, Birləşmiş Ştatların ortaya qoymuş olduğu bu mövqe beynəlxalq aləmdə, xüsusilə müsəlman dünyasında, İslam aləmində ciddi əks reaksiya doğurub. Səbəb Amerika prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi görmək istəyini açıqlamasıdır.

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

6 Dekabr 2017 15:04

Həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ildə 529, 2015-ci ildə 430, 2016-cı ildə 450 uşaq təhsilə cəlb edilib. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib. Onun sözlərinə görə, həmin uşaqların çoxu polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olduğu aşkarlanan uşaqlar olub. P.Əliyev deyib ki, qaraçı uşaqların da böyük əskəriyyəti təhsildən kənarda qalır.

“Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar” - Elza Seyidcahan

6 Dekabr 2017 15:02

Bakı Slavyan Universitetnin məzunu, jurnalistikada yenicə fəaliyyətə başlayan Əbülfəz Kərimov son vaxtlar ortaya çıxıb meydan sulayan ara şairlərini şeirlə tənqid etmiş və əməkdar artist Elza Seyidcahana söz atmışdı. Bununla bağlı bəstəkar, əməkdar artist Elza Seyidcahan öz fikirlərini bölüşüb.

Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə çatır

6 Dekabr 2017 14:57

Cari ildə əldə edilən uğurlar, iqtisadi sahədə qeydə alınan müsbət dinamika 2018-ci ilin də ölkəmiz üçün uğurlu olacağını söyləməyə əsas verir. Xüsusilə, cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri, eləcə də 2018-ci ilin büdcəsi belə bir əminlik yaradır. Təsadüfi deyil ki, əksər ekspert və mütəxəssislər də bu qənaədədirlər ki, 2018-ci il Azərbaycan üçün uğurlu olacaq.

Ermənistan yenə də “ənənəsinə” sadiq qalacaq

6 Dekabr 2017 14:56

Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində həmsədrlərin aktivliyi müşahidə olunur. Buna səbəb kimi güc sahibi olan beynəlxalq təşkilatların yaxasını geri cəkərək münqaişənin həllində məsuliyyəti ATƏT-in Minsk qrupu üzərinə atması göstərilə bilər.

İsrail mətbuatı Azərbaycandakı tolerantlıqdan yazdı

6 Dekabr 2017 14:54

İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində pakistanlı yazıçı Sarmad İqbalın Azərbaycandakı tolerant və multikultural mühitdən bəhs edən məqaləsi çap olunub. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, müəllif məqaləsində yazır ki, əhalisinin 96 faizi müsəlmanlardan ibarət olan Azərbaycanda dini zəmində heç bir qarşıdurma baş verməyib. Əksinə əsas dini İslam dini olan Azərbaycan mütərəqqi və dünyəvi dövlət nümunəsi kimi müsəlman dünyasında yeni bir səhifə açıb.

Rafael Hüseynov: “İşğal edilmiş ərazilərdə toponimlərin hamısı erməni adları ilə əvəz edilib”

6 Dekabr 2017 14:53

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin Budapeştdə keçirilən iclasında bir sıra ümumavropa əhəmiyyətli təhsil, elm, mətbuat problemləri ilə yanaşı, mədəni irslə əlaqədar ayrıca məruzə də müzakirəyə çıxarılıb.

Zakir Həsənov türkiyəli generalı ilə görüşüb

6 Dekabr 2017 14:51

Dekabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin  Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgenci ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,  görüşdə Azərbaycan ilə Türkiyə arasında  hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Coğrafiya dərsində mərsiyə oxuyan qız, intihar edən 12 yaşlı oğlan və çaşan icra başçısı- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

6 Dekabr 2017 14:47

Bir dindar xanım  jurnalist var. Bir müddət qabaq facebookda yazdı ki,  müəllim bacım qızının gündəliyinə iki qiymət yazıb. Səbəb də bu olub ki, uşaq  dərsdə mərsiyə oxuyub. Müəllimin hərəkətini ən böyük qəbahət kimi diqqətə çatdıran jurnalist xanım paylaşımında belə bir sual da qoymuşdu. Bilmirəm, ağlayım, yoxsa gülüm?-deyə.  Mən ona yazdım ki, ağlamaq lazımdır gözəl xanım. Bir uşaq əgər coğrafiya dərsində mərsiyə oxuyursa, buna mütləq və mütləq ağlamaq lazımdır. Çünki, dünyanın heş bir qitəsində, heç bir materikdə belə analogiyaya rast gələ bilməzsən. Ki, məktəbli coğrafiya dərsində tutaq ki, Marian çökəkliyi, nə bilim  Callenger uçurumu haqqında oxumaqdansa, mərsiyə oxuyur,“ya  Hüseyn, vay Hüseyn” deyib ağlaşma qurur?! Sanki məktəblə yas çadırını səhv salıbmış kimi.

ABŞ Dövlət Departamentindən Ukrayna hökumətinə Saakaşvili ilə bağlı xəbərdarlıq- "HÜQUQUN ALİLİYİ QORUNMALIDIR"

6 Dekabr 2017 14:45

ABŞ Ukraynada bütün tərəfləri Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ətrafındakı vəziyyətlə bağlı zorakılıqdan çəkinməyə çağırır.

“Fazil Məmmədov xəstəlikdən əziyyət çəkirdi” - Deputat işdən çıxan nazirdən danışdı

6 Dekabr 2017 14:44

Prezident İlham Əliyev dekabrın 5-də verdiyi sərəncamlarla vergilər naziri Fazil Məmmədov və təhsil naziri Mikayıl Cabbarovu tutduqları vəzifədən azad edib. Ölkə başçısı digər sərəncamla Mikayıl Cabbarovu vergilər naziri təyin edib. İndi ən çox müzakirə olunan mövzular eks-təhsil nazirinin Vergilər Nazirliyinə necə nəzarət edəcəyi, eyni zamanda Təhsil Nazirliyinə kimin gətiriləcəyidir.

Əkizlər ağzında saqqızla efirə çıxan sənətçini biabır etdilər: İndi ud saqqızı - FOTO

6 Dekabr 2017 14:38

Bu gün "Hər şey daxil" verilişinin qonaqlarından biri tarzən xanım Humay Qədimova olub. Efirə ağzında saqqız çeynəyə-çeynəyə daxil olan sənətçi verilişin aparıcısıSevil-Sevinc bacılarının sərt iradı ilə qarşılaşıb: "Uşaq vaxtı saqqız ağzımda məktəbə gedirdimsə, müəllimi görən kimi udurdum. İndi də biz saqqızını görmüşük, deyirəm ud saqqızı. İndi, bu saat ud ki, o saqqız olmasın".

Yeni ildə spirtli içkilərin satışı məhdudlaşdırılacaq - Moskvada

6 Dekabr 2017 14:36

Moskvada Yeni il bayramı günlərində insanların kütləvi toplaşdığı yerlərdə spirtli içkilərin satışı məhdudlaşdırılacaq. Bu barədə Moskvanın Regional Təhlükəsizlik Departamenti məlumat verib. Məlumatda qeyd olunur ki, məhdudiyyət mərkəzi küçə və meydanlara şamil olunacaq.

Türkiyəli məşhurları heyran qoyan AZƏRBAYCAN MAHNILARI - SİYAHI (VİDEO)

6 Dekabr 2017 14:34

Musiqinin sərhədsiz olduğunu bilirik. Dil, din, irq fərqi olmadan insanlar musiqidən mənəvi qida alır. Azərbaycanlıların ən çox dinlədiyi mahnılar sırasında türk musiqiləri xüsusi yer tutur. Türklər də bizim mahnılara biganə yanaşmırlar. Bunun bir neçə bariz nümunəsi də var.