Ermənistan yenə də “ənənəsinə” sadiq qalacaq
Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində həmsədrlərin aktivliyi müşahidə olunur. Buna səbəb kimi güc sahibi olan beynəlxalq təşkilatların yaxasını geri cəkərək münqaişənin həllində məsuliyyəti ATƏT-in Minsk qrupu üzərinə atması göstərilə bilər.
6 Dekabr 2017 14:56 SiyasətXarici işlər nazirlərinin görüçündən nə gözlənir?
Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində həmsədrlərin aktivliyi müşahidə olunur. Buna səbəb kimi güc sahibi olan beynəlxalq təşkilatların yaxasını geri cəkərək münqaişənin həllində məsuliyyəti ATƏT-in Minsk qrupu üzərinə atması göstərilə bilər. Minsk qrupunun isə heç bir təsir mexanizmi olmadığından problemin həllini münqaişə tərəflərinin öhdəsinə buraxıb. Hazırda problemin həlli istiqamətində görülən yeganə iş xarici işlər nazirləri, yaxud dövlət başçılarının görüşünü təşkil etməkdən ibarətdir. Məhz bu məsədlə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Elmar Mammadyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq. Maqaqlıdır, xarici işlər nazirlərinin görüçündən hansı naliyyətlər gözləmək olar? Politoloq Fikrət Sadıqov deyib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş haqqında əvvəlcədən nəsə söyləmək düşgün olmazdı. Çünki, görüş haqqında praqnozlar o qədər də müsbət deyil: "Azərbaycan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hücumedici diplomatik addımların atıldığını deyən politoloq söyləyib ki, bunun nəticəsidir ki, artıq böyük və aparıcı dövlətlər də məsələyə nöqtə qoyulmasını istəyirlər. Düzdür, onlar Azərbaycanı öz maraqları çərçivəsində hansısa planı qəbul edib məhz bu plan əsasında hərəkət etməyə cəlb etməyə çalışsalar da, ölkəmizin mövqeyi kifayət qədər prinsipal və qətidir. Azərbaycan prezidentinin söylədiyi kimi biz heç zaman öz ərazimizdə ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verəməyəcək, gec və ya tez torpaqlarımızı işğaldan azad edəcəyik. Bütün səylərimiz də bundan ibarətdir". F.Sadıqov bildirib ki, hazırda problemin həlli ilə əlaqədar bir sıra təklif və planlar var: "Bildiyiniz kimi bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana və daha sonra İrəvana səfər etmişdi. Bütün bunlar məsələnin həllində müəyyən dinamikanın, canlanmanı göstərir. Bu baxımdan düşünürəm ki, bu gün Vyanada keçiriləcək Azərbaycan-Ermənistan XİX başçılarının görüşü konkret nəticə ilə yekunlaşmasa da, hər halda bu istiqamətdə bir addım olacaq. Danışıqlar zamanı hansısa layihələr ətrafında müzakirələr aparılacaq". Politoloq əlavə edib ki, biz məsələnin həlli üçün Ermənistana mütləq şəkildə təzyiq olunmasının gərəkliyini çox yaxşı bilirik: "Bu baxımdan həmsdərlər ilk olaraq öz funksiylarını yerinə yetirməlidirlər. Onların əsas vəzifələri isə münaqişənin beynəlxalq hüquq normaların uyğun olaraq həll olunmasıdır" . Politoloq Zaur Məmmədov isə deyib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüşlər proqramlı və mütəmadi xarakter daşıyır. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun işi ancaq belə görüşləri təşkil etməkdir: "Münaqişə ilə bağlı qərarlar dövlət başçılarına məxsusdur. XİN rəhbərləri isə daha çox koordinasiya ilə məşğuldurlar. Sarkisyan konstruktivlik nümayiş etdirmək fikrində deyil. Təəssüflər olsun ki, xristian ermənilər işğalçı ola-ola, beynəlxalq hüququ pozduqları halda demək olar ki, heç bir aparıcı ölkələr tərəfindən "ərazilərdən çıxmalısınız" kimi tələblərlə qarşılaşmırlar". Siyasi ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağ probleminə dair danışıqların əvvəlkilərdən fərqi ondadır ki, bu, daha çox Azərbaycanın diplomatik və hərbi üstünlüyü fonunda reallaşır. Lakin hələ ki, bu görüşdən ciddi nəticələr gözləmək tezdir. Hələlik ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərində əsas məqsəd prezidentlər səviyyəsində görüş təşkil etməkdən ibarətdir. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, bu vaxta qədər Ermənistan görüşün baş tutmamasına çalışırdı və görüşün özünün irəli sürdüyü şərtlər çərçivəsində keçirlməsinə can atırdı. Lakin Azərbaycan prezidentinin həyata keçirdiyi xarici siyasət nəticəsində qarşı tərəf buna məcbur edildi. İndi söz sahibi Azərbaycandır. Ermənistan prezidenti Serj Sarkisyanın atdığı son addımlar, beyəlxalq təşkilatlardakı çıxışları zamanə səsləndirdiyi fikirlər belə qənaətə gəlməyə əsas verir ki, o, hələ də 80-ci illərin ab-havasından yaxasını qurtara bilməyib. Bu baxımdan Ermənistanın yenə də danışıqlarda hansısa konkret mövqe ortaya qoyacağı gözlənilən deyil. Ancaq Ermənistanın istəmədiyi təqdirdə bu görüşə məcbur edilməsi müsbət haldır. Yəni, əgər Ermənistan danışıqlara getmək məcburiyyətində qalıbsa, deməli danışıqlar mahiyyəti üzrə aparılmalıdır. Ermənistan isə həmişə problemin həllində mahiyyəti üzrə danışıqlardan yayınıb.
Zəka