Yaxın Şərqdə sülhyaratma missiyası fiaskoya uğrayır

Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyəsən Yaxın Şərq probleminı, daha doğrusu uzun illər İsraillə Fələstin arasında davam edən qarşıdurmanı, gərginliyi birdəfəlik “yoluna qoymaq” istəyir. Hər halda son günlər Ağ Evdən Yaxın Şərq problemi, xüsusilə ilə İsrail-Fələsin münaqişəsinə dair verilən açıqlamalar belə deməyə əsas verir. Əvvəlcədən onu deyək ki, Birləşmiş Ştatların ortaya qoymuş olduğu bu mövqe beynəlxalq aləmdə, xüsusilə müsəlman dünyasında, İslam aləmində ciddi əks reaksiya doğurub. Səbəb Amerika prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi görmək istəyini açıqlamasıdır.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyəsən Yaxın Şərq probleminı, daha doğrusu uzun illər İsraillə Fələstin arasında davam edən qarşıdurmanı, gərginliyi birdəfəlik "yoluna qoymaq" istəyir. Hər halda son günlər Ağ Evdən Yaxın Şərq problemi, xüsusilə ilə İsrail-Fələsin münaqişəsinə dair verilən açıqlamalar belə deməyə əsas verir. Əvvəlcədən onu deyək ki, Birləşmiş Ştatların ortaya qoymuş olduğu bu mövqe beynəlxalq aləmdə, xüsusilə müsəlman dünyasında, İslam aləmində ciddi əks reaksiya doğurub. Səbəb Amerika prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi görmək istəyini açıqlamasıdır.

Kifayət qədər mübahisə predmetinə çevrilən bu münasibət, mövqe elə sadə amerikalılar tərəfindən də müsbət qarşılanmayıb. Birmənalı olaraq belə bir fikir səsləndirilib ki, Donald Trampın Qüds şəhərini İsrail dövlətinin paytaxtı kimi tanıması Birləşmiş Ştatların uğursuz xarici siyasət kursudur. Bildirilir ki, Ağ Ev rəhbəri seçiləndən sonra ilk xarici səfərini müsəlman ölkəsinə, Səudiyyə Ərəbistanına edən Donald Trampın hazırkı situasiyada Qüdslə bağlı verdiyi açıqlama isə bir-birinə ziddiyyət təşkil edir. Ən ciddi əndişə edilən məqam isə ondan ibarətdir ki, Trampın bu mövqeyi İslam coğrafiyasında Birləşmiş Ştatlara düşmən mövqeyindən çıxış edən ölkələrin sayını artıracaq. Xüsusilə, Türkiyə və İranla Vaşinqton arasında ciddi insdentlərin meydana çıxacağı şübhə doğurmur. Onu da qeyd etmək yerinə düşər ki, artıq Ankara və Trehrandan kəskin reaksiyalar özünü göstərib. Həm Türkiyə, həm də İran İslam Respublikası Vaşintqon və Təl-Əvivin bələdinin ağır olacağını bəyanlayıb. Və nə qədər gec deyil, Vaşinqtonu bu siyasətdən geri çəkilməyə çağırış edilib.

Bəs görəsən, Birləşmiş Ştatların Qüdsə bağlı açıqladığı mövqe Yaxın Şərqdə gərginliyi bir qədər də artırmayacaqmı? Ümumuiyyətlə, regionun bundan sonrakı taleyini nə gözləyir? İslam coğrafiyasının buna adekvat cavabı necə olacaq? Məsələ ilə bağlı ekspertlərin, analitiklərin mövqeyi müxtəlifdir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ölkə səfirliyinin İsrailin paytaxtı Tel-Əvivdən Qüdsə köçürüləcəyini deyib və konkret addımlar atılmaqdadır. Onun sözlərinə görə, Birləşmiş. Ştatlar prezidenti artıq Fələstin lideri Mahmud Abbası da xəbərdar edib: "Bu Birləşmiş Ştatlar üçün çox təhlükəli qərardır və bu ölkənin münasibətləri bütün müsəlman ölkələri ilə pisləşəcək. İkinci tərəfdən bu İsrail-Fələstin münaqişəsinin həllinə nəinki kömək etməyəcək, həm də onu daha da gərginləşdirəcək. Bu yolverilməzdir". Razi Nurullayev qeyd edib ki,Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri olaraq Birləşmiş Ştatlardan bu qərarını dəyişməsini istəyir: "Şəxsən mən bu qərara qarşıyam. Bu gün partiyanın bəyanatı da yayılar. Partiya da bu məsələdə mövqeyini ortaya qoyacaq. Təbii ki, bizim Birləşmiş Ştatların siyasətinə təsir etmək gücümüz yoxdur, lakin biz bu məsələdə ictimaiyyət üçün mövqeyimizi aydın edirik. Biz Azərbaycan-ABŞ, Azərbaycan-İsrail münasibətlərinin yaxşılaşmasında, daha da inkişaf etməsində maraqlıyıq. Lakin, bu cür qərarlar təbii ki, kifayət qədər narazılıqlar yaradacaq". Partiya sədrinin qənaətincə, bu həm də Birləşmiş Ştatların qlobal dünyada oynadığı rola uyğun deyil: "Çünki, Amerika hökuməti sülh və əməkdaşlıq barədə daha çox danışır. Hazırda Şimali Koreya ilə münasibətlər ən gərgin səviyyədədir. Əgər Birləşmiş Ştatlar belə addım atarsa, bir çox ölkələrin Şimali Koreya rejiminə rəğbəti arta bilər. Bunu da unutmaq lazım deyil. İran İslam Respublikası ilə Birləşmiş Ştatlar arasında olan münasibətlər də gərginləşəcək və bir çox ölkələr İranın yanında yer alacaq. Türkiyə və Azərbaycan, o cümlədən Birləşmiş Ştatların müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə də münasibət pozulacaq. Mən Birləşmiş Ştatlar\ hökumətini səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıram".

Beynəlxcalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova hesab edir ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması və Birləşmiş Ştatlar səfirliyinin həmin şəhərə köçürülməsi barədə qərar 1995-ci ildə ildə qəbul edilib. Onun sözlərinə görə, Bill Klintonun prezidentliyi dövründə qəbul edilən bu qərar hər 6 aydan bir təxirə salınır: "Yəni bu, Ağ Ev rəhbəri Donald Trampın qərarı deyil. Sadəcə Tramp bu qərara veto qoymayacağıq desə də, müttəfiq ölkələrdən edilən zənglər və xəbərdarlıqlar onu tərəddüd etməyə məcbur edib". Ekspert hesab edir ki, Birləşmiş Ştatlar belə bir addım atarsa Fələstin Rusiya, Çin və Avropa Birliyindən yardım istəmək fikrindədir: "Üstəlik də, İran faktiki olaraq ona Həmas və Hizbullah vasitəsilə hərbi-siyasi yardım edir. Türkiyənin də dəstəyi istisna edilmir. Trampın bütün dünyanı özünə qarşı çevirib belə addım atması xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Qüds üç dinin mərkəzi şəhəridir. Ona beynəlxalq neytral, azad şəhər statusu verilməsi ən doğru addım olardı. Məsələn, İkinci dünya müharibəsindən sonra Triyestə belə bir status verilmişdi. Sonra isə 1954-cü ildə İtaliya və Yuqoslaviya arasında bölüşdürüldü. Qüds də ya azad şəhər statusu ala bilər, ya da İsrail və Fələstin arasında bölüşdürülə bilər". Nəzakət Məmmədova bu arada İsrailin baş naziri Benyamin Netanyahonun Türkiyənin sözügedən məsələyə etirazına göstərdiyi münasibətə də toxunub: "İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutaraq deyib ki, Osmanlı dövrü və sultanlıq çoxdan geridə qalıb. Tarix əhəmiyyətsiz bir şey kimi geridə qalıbsa, bəs İsrailin 3 min il əvvəlki torpaq iddiası niyə bu gün gündəmdədir?! İsrail tarixə əsaslanıb o torpaqlara iddia edə bilər, Türkiyə yox?! Axı, yəhudilər 3 min il əvvəl ordan qovulmuşdular. Türklər isə Osmanlıya məxsus torpaqları 1918-də Sevr müqaviləsi, 1923-də Lozanna müqaviləsi ilə de-yurye və de-fakto itirdilər. 3 min il əvvəl daha çox keçmişdir, yoxsa 100 il?! Kimsə deyə bilər, türklər o torpaqları tutub İsrailin isə əzəli torpağı olub. Onda amerikalılar Avropaya, ermənilər və farslar Hindistana, avstraliyalılar və yeni zelandiyalılar İngiltərəyə, ruslar Skandinaviyaya, almanlar Tibetə qayıtsınlar. Qılınc haqqı ilə qazanılan torpaqlar nüvə silahı, Kalaşnikov gücünə qazanılan və ya əldə tutulandan daha çox haqq verir bir millətə. Türkiyəyə".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri. politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ağ Ev rəhbəri Donald Tramp Birləşmiş Ştatlar səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyi və paytaxt kimi tanıyacağı barədə bəyanatı, İsraillə Fələstin arasındakı münaqişəni dərinləşdirəcək və sülh prosesini fiaskoya uğradacaq: "Donald Tramp Fələstin Muxtariyyətinin lideri Mahmud Abbası da Qüds barədə xəbərdar edib. Qeyd edim ki, Trampn kürəkəni Kuşner İsrail-Fələst arasında ABŞ-ın irəli sürdüyü "sülh planı" üzrə danışıqlar aparır. Məhz, ABŞ irəli sürdüyü bu planı Fələstin muxtariyyətinə qəbul etdirmək niyyətindədir. Kuşner bu sülh planını qəbul etdirmək və Fələstinə təzyiq üçün Səudiyyə Ərəbistanı ilə də bu məsələlər barədə geniş danışıqlar apardı". Politoloqun sözlərinə görə, məhz Səudiyyə Ərəbistanının İsraillə siyasi əlaqələrin normallaşdırılmasında Kuşnerin rolu böyük əhəmiyyət kəsb edib: "Donald Tramp seçki kampaniyasında Qüdsü İsrailin paytaxt kimi tanıyacağı və səfirliyi bura köçürəcəyini qeyd etmişdi. Trampın bu siyasətini arxasında Yəhudi lobbisinin olmasını xüsusi vurğulamaq lazımdır. Hazırda Obama dövründən fərqli olaraq, Donald Tramp ABŞ-İsrail arasında siyasi əlaqələrin yüksək səviyyəyə gətirilməsində mühüm rol oynayır. Bəli, ABŞ İsrail-Fələstin arasında vasitəçi kimi aparılan danışıqlar prosesini özü pozmaqla, Yaxın Şərqdə yeni münaqişənin alovlanmasını tətikləyir. Əgər, səfirlik Qüdsə köçürülərsə, bu, Birləşmiş Ştatlara qarşı müsəlman aləmində böyük qəzəb yaradacaq və bu ölkənin beynəlxalq siyasətdə imici korlanacaq. Birləşmiş Ştatların irəli sürdüyü "Sülh planı" Fələstin tərəfindən qəbul edilmir. Görünür, Tramp Qüds məsələsində Fələstin muxtariyyətinə təzyiq etməklə "Sülh planını" qəbul etdirməyə çalışır. Onu da qeyd edim ki, Donald Tramp seçkiqabağı İsrail-Fələstin münaqişəsinin həllinə çalışacağını xüsusi olaraq qeyd etmişdi. Amma, hazırda aparılan siyasət beynəlxalq böhrana səbəb olmaqdadır. Yaxın Şərqdə vəziyyət mürəkkəb olaraq qalır. Suriya, İraq və Yəməndə gedən müharibə bitməmiş, Qüds böhranın ortaya çıxması, ABŞ-ın Yaxın Şərqdə heç də sülhə və təhlükəsizliyə xidmət etmədiyini göstərir". Politoloq deyib ki, İsrailin paytaxtı Təl-Əviv şəhəri olmaqla yanaşı, Qüds beynəlmiləl şəhərdi və Fələstinin paytaxtıdır: "Birləşmiş Ştatların bu siyasətinə qarşı ərəb dünyası, xüsusilə Misir və Səudiyyə Ərəbistanı sükutla seyr edir. Çünki, iki ölkə ABŞ-ın regionda geosiyasi maraqlarını müdafiə edir".

Politoloq Vüqar Zifəroğlu isə hesab edir ki, hazırda Fələstin ətrafında son dərəcə ciddi və eyni zamanda nəticələri uzun müddətə hesablanmış mürəkkəb oyun qurulmaqdadır: "Suriya və İraqda İŞİD-in sonunun çatdığını elan edən bölgə ölkələri, hazırda yeni və daha təhlükəli gedişatla baş-başadırlar. 
Ən maraqlısı odur ki, bu gedişat Livandakı Həriri olayı və Səudiyyə Ərəbistanında baş verən "vəliəhd yenilənmələri" fonunda özünü ilk növbədə Yəməndə aktiv fazaya daxil olan ərəb-İran qarşıdurması ilə göstərdi. İndi isə Qüds məsələsi müzakirədədir. Diqqət edin: Fələstin məsələsi - məhz bölgənin o problemlərindəndir ki, kökü var, tarixi var və ona münasibət birmənalı deyil, hətta İslam Ummasının özündə belə. İstər Yəməndə yaşananlar, istərsə də Fələstin problemi İslam ummasını daxildən bölən, hətta belə demək mümkündür ki, onları qarşı-qarşıya gətirən məsələlərdir. Hətta Fələstinin özündə belə zamanında yaşanmış olan "Hamas"- "FƏTH" qarşıdurması, bu bölünmə üçün ən bariz nümunə sayıla bilər. İndi məhz bu bölünmələrə hesablanmış nöqtələrə diqqət edilməkdə, onların daha qabarıq şəkildə ortaya çıxması üçün gedişlər edilməkdədir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31