Gündəm
Fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi üçün
Günümüzdə Azərbaycan müstəqil siyasət kursu həyata keçirərək öz uğurlu inkişaf yolunu davam etdirir. Artıq ölkəmizin müstəqilliyi onun ilk illərində olduğu kimi yalnız sözdə deyil, eyni zamanda əməldə də öz təsdiqini tapır, sübuta yetirilir. İstər daxili, istər xarici, istərsə də iqtisadi və sosial siyasət sahəsində müstəqil siyasət kursu həyata keçirilir, tətbiq olunur.
Xamenei ABŞ-ı ittiham etdi: Müharibə istəyirlər
ABŞ Yaxın Şərqdə müharibəyə başlamaq istəyir, "düşmənlərin" Qüdsü İsrailin paytaxtı elan etmək istəyi onların acizliyindən xəbər verir. Bu barədə İranın Ali Lideri Ayətullah Əli Xamenei deyib.
“Yuğ” teatrında nə baş verir? Daha bir İSTEFA...
“Yuğ” teatrının aktrisası, əməkdar artist Yaqut Paşazadə teatrdan gedir. Bu haqda aktrisa özü məlumat verib. Onun sözlərinə görə, teatrla müqaviləsi bitib: “Yeni müqavilə imzalamaq istəmirəm. Tetarın hazırki durumu məni qane etmir. Həm inzibati dəyişikliklər, həm də yaradıcı mühit ürəyimcə deyil. Ona görə də teatrdan ayrılıram. Növbəti iş yerimin hansı teatr olacağı da məlum deyil. Hazırda Mədəniyyət və İncəsənət Universitetində “Dram teatrı və kino aktyoru” fakültəsində aktyor sənəti müəllimi kimi çalışıram”.
"Vergilər Nazirliyi" Mikayıl Cabbarovu tanımadı - FOTOFAKT
Ötən gün Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovu Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edərək vergilər naziri təyin etdi.
Göyçayda evdə GÜCLÜ PARTLAYIŞ , yaralılar var
Göyçay rayonunda fərdi yaşayış evində partlayış hadisəsi olub. Hadisə rayonun Potu kəndində baş verib. Rayonun Əli Kərim küçəsi ünvanında qeydiyyatda olan və Potu kəndində məskunlaşmış 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğluna məxsus evdə qaz sızmasından qəfil partlayış olub.
Monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 6-da Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, keçirilən monitorinq insidentsiz başa çatıb.
Saakaşvilini dəstəkləyən deputatlar Ali Radadan qovulur
Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada hakimiyyət dəyişikliyinə yönəldilmiş aksiyasını dəstəkləyən Ali Rada üzvləri deputat mandatından imtina etməyə məcburdur.
Günlük kirayəlik evdə GİZLİ KAMERA ŞOKU
Dünyaca məşhur internet portalı Airbnb yeni bir problemlə qarşı-qarşıyadır. Kirayəlik ev və otaq xidməti təklif edən Airbnb istifadəçiləri evlərdə gizli kamera tapdıqlarını söyləyərək internetdə sözügedən görüntünü çəkib, paylaşırlar.
Rza Zərrabın Azərbaycandakı mülkləri də əlindən alınır: “Bank of Baku”, “Baku Electronics” "Auto Azerbaijan"...
Xəbər verdiyimiz kimi, hazırda ABŞ-da həbsxanada olan iş adamı Rza Zərrabın bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib. Belə ki, Zərrabla bərabər ona yaxın 23 nəfərin mülkü də müsadirə edilib. Türkiyə mətbuatı Rza Zərrabın Azərbaycandakı yatırımlarına da əl qoyulduğu barədə məlumat dərc edib.
İmişlidə “Şəkər bayramı” qeyd edilib
Şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerləri stimullaşdırmaq, eləcə də cari ilin məhsul yığımının həyata keçirilməsi münasibətilə İmişli rayonu İcra Hakimiyyəti və “Azərsun Holdinq”in təşkilatçılığı ilə ənənəvi Şəkər Bayramı təşkil edilib.
Avtomobil sexini qarət edən yaxalanıb
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyun-noyabr ayları ərzində rayon ərazisindəki 1 avtomobil təmiri sexindən, 10 evdən, 4 avtomobildən akkumulyator, pul, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Qurbanov saxlanılıb.
“Mercedes” piyadanı vurub öldürdü
Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a veriln məlumata görə, dekabrın 6-da saat 1:00 radələrində paytaxtın Nizami rayonunun M.Əliyev küçəsində Bakı şəhər sakini Anar Atakişiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İlqar Əsgərovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Məşhur rejissor vəfat etdi
Azərbaycan Kinorejissorlar Gildiyasının verdiyi xəbərə görə, kinorejissor, aktyor və kaskadyor Nadir Müqbilov uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Avtobus 2 qadını vurub öldürdü
Sumqayıt şəhərində avtobusu ağır qəza törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dekabrın 5-də saat 07:00 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini Məhəmməd Behbudov idarə etdiyi “Hyundai” markalı 501 saylı xətt avtobusu ilə yolu keçən şəhər sakinləri Nüşabə Rzayevanı və Arzuyə Abdullayevanı vurub, nəticədə piyadalar hadisə yerində ölüblər. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
“Qarabağ” silsiləsindən növbəti layihə
Dekabrın 6- da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə AMEA-nın Folklor İnstitutunun birgə layihəsi olan “Qarabağ lətifələri” adlı təbliğat xarakterli nəşrin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, təqdimatda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, baş elmi işçi Aynurə Xudanlı, sektor müdiri İrina Özçoban, metodist Əkbər Rüstəmov, Misir Mədəniyyət mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, AMEA Folklor İnstitutunun, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev çıxış etmişlər.













