Gündəm
Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən edib - SİYAHI
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qəbul etdiyi bəzi terminlər məlum olub. Komissiya ingilis dilində 45-dən çox terminin Azərbaycan dilində qarşılığını müəyyən edib.
Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə yeni qərar verəcək
Avropa İnsan Haqları Məhkəməsində “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərar veriləcək. Dekabrın 12-də Böyük Palata maddi təzminatla əlaqədar həmin işlə bağlı yeni yazılı qərar çıxaracaq. Bildirilir ki, əslində məhkəmə iş üzrə 2015-i il iyunun 16-da qərar verib. Lakin maddi təzminatla əlaqədar qərar hazır olmadığından məhkəmə onu sonraya saxlayıb. Bu səbəbdən AİHM-in Böyük Palatasında məsələyə yenidən baxacaq. Məhkəmə tərəflərə bununla bağlı qeydlərini məhkəməyə təqdim etmələri ilə bağlı müraciət edib. Eyni proses həmin tarixdə “Sarkisyan Azərbaycana qarşı” işi ilə bağlı da aparılacaq.
"Karolina" Şotlandiyanı hədəfə alıb
Şotlandiyanın şimal bölgələrində yaxın günlər üçün qasırğa xəbərdarlığı verilib. Məlumata görə, Böyük Britaniya hidrometeorologiya bürosu adaya "Karolina" qasırğasnın yaxınlaşdığını bildirib. Qasırğanın tüğyan edəcəyi yerlərdə küləyin sürətinin saatda 100 kilometrdən çox olacağı proqnozlaşdırılıb. Bəzi bölgələrdə 5 santimetrədək qar yağacağı gözlənilir.
Elman Nəsirov: ING maliyyə holdinqinin Azərbaycanla bağlı hazırladığı analitik hesabat həqiqəti əks etdirir
Hollandiyanın nüfuzlu ING maliyyə holdinqinin Azərbaycanla bağlı hazırladığı analitik hesabat kifayət qədər həqiqəti əks etdirir. Bunu millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, məruzəni hazırlayan ekspertlər Azərbaycandakı siyasi-iqtisadi vəziyyəti, insanların sosial durumunu, onların gələcəyə baxışı ilə bağlı vəziyyəti hərtərəfli analiz ediblər: "İlk növbədə hesabatda diqqəti cəlb edən məqam əhalinin hakimiyyətə inamıdır. Məruzədə qeyd edilir ki, əhalinin 81 faizi hakimiyyətə etibar edir.
Röyanın sərt sözlərinə Nadir Qafarzadədən REAKSİYA: “Ağlayanı da yoxdur”
“Röya bəzi radiolarımızı tənqid etdi. Əcəb də etdi. Röya, sən gərək kişi yaranaydın”. Məlumata görə, bu sözləri müğənni Nadir Qafarzadə “Show time” verilişində səsləndirib. O, Əməkdar artist Röya Ayxanın radioları tənqid etməsini müsbət addım olduğunu deyib: “Röya, səndə bir ərlik, igidlik, güc, güvən var. Sənə baxanda sevinirəm ki, sən varsan. Mənim səndən, sənin məndən suyun keçmir. Toyda, konsertdə rastlaşanda salamlaşırıq. Həqiqəti deyən insanam.
Ayılar silah anbarı tapdı
Türkiyənin Trabzon vilayətində PKK terroe təşkilatının dağlarda gizlətdiyi silah –sürsat ambarı ayıların əlinə keçib. Trabzonun Tonya rayonunun mərkəzindən 20 kilometr uzaqlıqdakı Ərikbeli bölgəsində vətəndaşlardan birisi meşəlik sahədə çoxlu silah- sürsat gördüyünü polisə bildirib. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri göstərilən yerdə çoxlu sayda silah aşkarlayıblar.
Azərbaycana gətirilən xaricdə nəşr olunmuş kitabların gömrük rüsumu artırıldı
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən çap edilmiş kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları dəyişəcək.
Azərbaycan Rusiyanın Olimpiya Oyunlarından kənarlaşdırılmasını qınadı
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov əmindir ki, rusiyalı idmançıların olmayacağı Olimpiya Oyunları maraqlı olmayacaq. Bunu “MatçTV” telekanalı bildirib. “Bu qərarı necə qiymətləndirə bilərəm? Pis. Siz, ümumiyyətlə, rusiyalı idmançılarsız Olimpiada təsəvvür edirsiniz? Düşünürəm ki. bu cür Olimpiada maraqlı olmayacaq, əgər ümumiyyətlə, belə bir şey mümkündürsə”, - İ.İsmayılov deyib.
Qubadan olan milyoner Don: saxta “Lacoste”yə görə 6 il həbs
Moskvanın İzmaylovsk rayon məhkəməsi Azərbaycanın Quba rayonundakı məşhur “Qırmızı qəsəbə”dən olan milyoner Don Rafailova hökm çıxarıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Don Rafailov Moskvanın keçmiş “Çerkizovsk” bazarının xarabalıqlarında bir sıra məşhur geyim brendləri altında saxta idman geyimlərinin istehsalı ilə məşğul olan gizli sex yaratmaqda və həmin sexdə yüzlərlə Suriya, Vyetnam, İraq vətəndaşlarını qul kimi işlətməkdə təqsirli bilinib.
Tovuzda ana və oğul pomidor turşusundan zəhərlənib
Tovuzda iki nəfər evdə zəhərlənib. Məlumata görə, hadisə rayonun Vahidli kəndində baş verib. Kənd sakini, 1948-ci il təvəllüdlü Əsədova Gülarə Qafar qızı və oğlu, 1976-cı il təvəllüdlü Əsədov Eldəniz Əsəd oğlu evlərində konservləşdirilmiş pomidor turşusundan zəhərləniblər.
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi müddəti azaldılır
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir. Məlumata görə, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.
100 min müsəlman kimsəsiz adaya köçürüləcək
Banqladeş 2019-cu ilin noyabr ayına qədər Myanmadan gələn 100 min rohinca müsəlmanını Benqal körfəzində yerləşən kimsəsiz və daşqınlara məruz qalan Tenqar Çar adasına köçürməyi planlaşdırır.
İngiltərənin baş nazirinə sui-qəsd
Son illərin ən güclü terror təhdidi altında olan İngiltərədə baş nazir Tereza Meyə qarşı sui-qəsd planının əngəlləndiyi qeyd edilir. İngiltərənin "Sky" xəbər kanalı baş nazir Tereza Meyin bombalı hücumla öldürülməsi planının əngəlləndiyini bildirib. Xəbərə görə, keçən həftə polis Londondakı baş nazirliyin ofisi olduğu "Downing Street"də gerçəkləşdirilməsi hədəflənən sui-qəsd planını boşa çıxarıb.
"Xalq niyə razı olmalı deyil?" - Deputat
"Neçə illərdir ki, xalq Prezident İlham Əliyevə dəstəyini bildirir və həmişə dövlət başçısının ətrafında sıx birləşib". Bunu Milli Məclisin deputatı Musa Quliyev Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsində yer alan "Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir" fikrinə münasibət bildirərkən deyib.
"Acıq çıxmaq qərarına gəldim" - Sərxoş olub bacısının evindən 50 minlik qızıl oğurladı - VİDEO
ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışında bacısının evindən oğurluq edən məhkum Əli Mahmudovun həbsxana hekayələri təqdim olunub. Əli Mahmudov (cəzası 8 il): "Artıq 4 ildir ki, həbsxanadayam. Mebel ustası işləyirdim və pis də qazanmırdım. Rusiyaya işləmək üçün bacımgilə getdim. Onlar mənə məsləhət gördü ki, vətəndə qalıb işləyim. Tez-tez içki içirdim. Məni geri əliboş qaytaranda incidim. Acıq çıxmaq qərarına gəldim. Pislik eləmək istəmirdim. Sərxoş vəziyyətdə idim və onun təsirilə elədim. Qızılları var idi və onları lombarda verdim.














