Ayılar silah anbarı tapdı
Türkiyənin Trabzon vilayətində PKK terroe təşkilatının dağlarda gizlətdiyi silah –sürsat ambarı ayıların əlinə keçib. Trabzonun Tonya rayonunun mərkəzindən 20 kilometr uzaqlıqdakı Ərikbeli bölgəsində vətəndaşlardan birisi meşəlik sahədə çoxlu silah- sürsat gördüyünü polisə bildirib. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri göstərilən yerdə çoxlu sayda silah aşkarlayıblar.
6 Dekabr 2017 16:11 DünyaTürkiyənin Trabzon vilayətində PKK terroe təşkilatının dağlarda gizlətdiyi silah -sürsat ambarı ayıların əlinə keçib. Trabzonun Tonya rayonunun mərkəzindən 20 kilometr uzaqlıqdakı Ərikbeli bölgəsində vətəndaşlardan birisi meşəlik sahədə çoxlu silah- sürsat gördüyünü polisə bildirib. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri göstərilən yerdə çoxlu sayda silah aşkarlayıblar.
Terrorçuların bölgədə böyük terror aksiyası hazırladığından xəbərdar olan polisərazidə ciddi axtarış əməliyyatları aparır.
Araşdırma zamanı məlum olub ki, Tonyada tapılan ailah anbarı ayılar tərəfindən torpağı eşərək ortaya çıxıb. Mağaradan silah, partlayıcı qurğular, geyim əşyaları qida məhsulları, dərman və tibbi ləvazimatlar aşkarlanıb. Bölgədə geniş çaplı əməliyyatlar davam etdirilir.
Xəbəri Olaylar.az -ın Türkiyə bürosu yayıb.