Gündəm
Xələf Xələfov Xəzərin hansı prinsiplər əsasında bölündüyünü açıqlayıb
"Konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur". Məlumata görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.
Tillerson: “ABŞ Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir”
“ABŞ Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir”. Məlumata görə, bu sözləri ABŞ dövlət katibi Reks Tillerson Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə Brüsseldə keçirdiyi görüşdən sonra deyib.
Xələf Xələfov: "Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik"
"Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik". Məlumata görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.
Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
Yeni vergilər naziri Mikayıl Cabbarov bu gün kollektivə təqdim olunub. Məlumata görə, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev təqdim edib. R. Mehdiyev M. Cabbarova yeni vəzifəsində uğurlar arzulayıb, müvafiq tapşırıqlar verib. M. Cabbarov kollektiv qarşısında çıxış edib.
Xalq artistinin stilist qızının növbəti erməni qalmaqalı
Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın adı yenidən erməni ilə hallanır. Şəfəq sosial şəbəkədə ABŞ-da keçirilən ustad dərslərinə dəvət olunduğunu bildirib. Şəfəqi dəvət edən şəxs isə Alis Ataxanyandır. Stilist paylaşımında Alisin soyadını yazmayıb. Amma Ataxanyan öz səhifəsində erməni məşhurlarla fotolar yayımlayıb. Onunla bağlı internetdəki məlumatlarda erməni olduğu məlumatları yer alıb.
Azərbaycanda bir nəfərdə adenovirus aşkarlandı
"Azərbaycanda oktyabrın 1-dən, yəni qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından təxminən 63 şübhəli yaxma nümunəsi daxil olub".
Putin seçkilərdə iştirakı ilə bağlı qərar verdi
Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı fikrini bildirib. Məlumata görə, V.Putin bildirib ki, seçkilərdə iştirak edib-etməyəcəyi barədə qərarını verərkən könüllülərin dəstəyini nəzərə alacaq.
SON DƏQİQƏ! İran yenə "silkələndi"
İranın cənub-qərbində 4,2 bal gücündə zəlzələ olub. Məlumata görə, təkanlar Buşəhr şəhəri yaxınlığında qeydə alınıb. Yeraltı təkanlar 20 km dərinlikdə. İnsan itkisi və dağıntılar barədə hələ məlumat yoxdur.
Türkiyə müsəlman liderləri İstanbula çağırdı
İslam Əməkdaşlıq Təşkilatı Qüds məsələsi ilə bağlı gələn həftə İstanbulda toplantı keçirəcək. Bu haqda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib. O həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Malayziya, İran, Qətər və İndoneziya prezidentləri ilə telefon söhbətində Qüds məsələsini müzakirə etdiyini söyləyib.
Mehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında iştirak edib
Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 6-da Xalq Artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib. Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsib.
Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib
Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılış mərasimi olub. Məlumata görə, I vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib.
MSK bu deputatı mandatdan məhrum edəcək
Milli Məclisinin deputatı qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum ediləcək. Məlumata görə, bununla bağlı Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir.
Hikmət Hacıyev: "Köçəri türk sözüdür"
“Köçəri” sözünün erməni dilindən hərfi tərcüməsini bilmək çox maraqlı olardı. “Google”un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir”. Məlumata görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.
Nazirlik: "Köçəri" yalnız Ermənistana məxsus rəqs deyil
"“Köçəri" rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi o demək deyil ki, bu, yalnız Ermənistana məxsusdur”. Bunu Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.
Ölkə vətəndaşları mövcud idarəetmə sistemindən razıdır
Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi siyasət kursu və əldə edilən nəticələr ildən-ilə ölkəmizin beynəlxalq aləmdəki yeri möhkəmləndirir, onun nüfuzunu artırır. Sevindirici cəhət ondan ibarətdir ki, qazanılan nailiyyətlər yerli ictimaiyyət, Azərbaycan xalqı ilə bərabər beynəlxalq aləm tərəfindən də müsbət qiymətləndirilir.













