Gündəm
İslam: "Bunu anamdan soruşun"
"Bircə dəfə serialda çəkilmişəm. Başqa kanallardan təkliflər gəlir, amma istəmirəm". Bu sözləri aktyor İslam Mehrəliyev "ATV kulis" verilişində deyib. "Yanlış anlama" filmi ilə türkiyədə tanınan islam yeni təkliflər aldığını söyləyib: "Türkiyəyə gedən deyir ki, bizi orada qəbul etmirlər. Mən orada elə şey görmədim. Əksinə, elə danışırlar ki, elə bil illərdi tanıyırsan. Bu işin içindəsənsə, sənə eyni dəyər veriləcək. Mənə yeni təkliflər də gəldi. Ərsəyə gəlsin, danışacam.
Azərbaycan meyvələri Hindistana ixrac ediləcək
Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Dubaya səfəri davam edir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirliyin, AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsinin birgə təşkilatçılığı ilə missiya iştirakçıları yerli məhsullarımızın Dubayın market və bazarlarında satışı imkanları və distributorluq məsələlərinin müzakirə olunduğu ikitərəfli görüşlərdə iştirak ediblər.
İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin vətəndaşlarına Azərbaycanda ali təhsil üçün qrantlar veriləcək
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.
Cavanşir Qurbanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Cavanşir Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Kılıçdaroğlu haqqında təhqiqat başladı
Türkiyədə ana müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqqında təhqiqata başlanılıb. Ankara Baş Prokurorluğu Türkiyə prezidentinin təhqir edilməsi maddəsi ilə təhqiqata başladığını açıqlayıb.
"Azərbaycan, Qarabağ və sülh üçün oxu" adlı musiqi klipinin təqdimat mərasimi keçirildi
Dekabrın 6-da Nizami Kino Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda hazırlanmış "Azərbaycan, Qarabağ və sülh üçün oxu" adlı musiqi klipinin təqdimat mərasimi keçirilib. Layihənin əsas məqsədi müxtəlif metodlarla bir daha özbək ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə, müharibə nəticəsində torpaqları işğal edilmiş, milli-mədəni irsi dağıdılmış, talan edilmiş və etnik təmizləmə səbəbindən öz yurd – yuvalarını tərk etmiş Azərbaycan xalqının iztirablarını dünya ictimaiyyətinə çatdırmaq, xalqımızın sülhsevər obrazını möhkəmləndirmək olub.
Hadisəyə Azərbaycandan 1 milyonluq TƏKLİF
Müğənni Hadisə Yeni il gecəsi Bakıda səhnəyə çıxacaq. Pop ulduz Azərbaycandan gələn təklifi qəbul edib. Müğənni təzə ilin ilk saatlarına kimi oxuyacağı gecədən 1 milyon Tl (təxminən 450 min AZN) qazanacaq.
Çexiyada yeni baş nazir təyin olundu - Milyarder sahibkar Babiş
Çexiyanın prezidenti Miloş Zeman "Narazı Vətəndaşlar Aksiyası" siyasi sentrik hərəkat lideri Andrey Babişi baş nazir təyin edib. O, ölkədə milyarder hesab olunur. Məlumata görə, A.Babişin vəzifəyə təyin olması münasibətilə təntənəli mərasim Praqda baş tutub.
Afaq ona təhqir yazan izləyicisinə: "Artıq susmayacağam"
Aparıcı Afaq Gəncəli sosial şəbəkədə ona təhqir yazan izləyicilərinə xəbərdarlıq edib. Aparıcı ona təhqir yazan bir izləyicisini tapdığını söyləyib: "Əziz izləyicilərim, ilk öncə, məni izlədiyiniz üçün təşəkkür edirəm və bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bir müddətdir ki, bütün məhşurların paylaşımlarının altında saxta hesablarla artıq-əskik sözlər yazılır. Belə izləyicilərin əlindən cana gəliblər. Mən də bir müddətdir belə məqamlarla rastlaşsam da, silib susurdum. Lakin artıq kifayətdir.
DGK tərkibində GMO elementləri olan külli miqdarda qida əlavəsini müsadirə edib
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar edildiyi külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar.
Nalbandyan Vyanada həmsədrlərlə görüşüb
Vyanada Ermənistan xarici işlər naziri Edvard NalbandyanınATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan “Twitter” səhifəsində yazıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunur.
Komitə: Rusiyaya ixrac edilən göyərti məhsulunun geri qaytarılması faktı qeydə alınmayıb
Dövlət Gömrük Komitəsi (DGK) bu gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən 8,1 ton göyərtinin fitosanitar sertifikatının tələblərə cavab vermədiyi üçün geri qaytarıldığına dair məlumatlarla bağlı açıqlama yayıb.
Qərb Rusiyaya qarşı “B planı”na keçdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiyanı 2018 Qış Olimpiyadalarına buraxmamaq barədə qərarına reaksiya verib. Sözçü Rusiyaya qarşı çoxistiqamətli bir aqresiya yeridildiyini və Qərbin ölkəsinə qarşı “B planı”na keçdiyini deyib: “Görünüşə görə, ikinci plana keçdilər. Rusiyanı təcrid etmək cəhdləri uğursuz oldu. İstəkləri, gücləri, imkanları var. Ancaq bu imkanları fəlakətlərin qarşısını almaq, terror və yoxsulluqla mübarizədə istifada etmək yerinə, hücuma sərf edirlər. Bu hücumun da hədəfi Rusiyadır”.
Nazir müavini: "Xəzərdəki mübahisəli yataqlarla bağlı beynəlxalq qaydalar tətbiq oluna bilər"
"Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq".
Aydın Mirzəzadə: “Prezidentin bu qərarını cəmiyyət müsbət qarşıladı”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 5 dekabr 2017-ci il tarixində Mikayıl Cabbarovun respublikanın vergilər naziri təyin edilməsini cəmiyyət müsbət qarşıladı”.














