DGK tərkibində GMO elementləri olan külli miqdarda qida əlavəsini müsadirə edib
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar edildiyi külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar.
6 Dekabr 2017 17:43 SosialBakı Baş Gömrük İdarəsinin əməkdaşları tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar edildiyi külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu fakt idarə əməkdaşlarının "Lesitin Soyevıy" adlı qida əlavəsi yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin yük Rusiya Federasiyasından 90 RO 897/10 ZE 332 nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Rusarom" MMC-nin ünvanına daxil olub. Mərkəzi Gömrük Ekspertizası İdarəsinin arayışına əsasən, cəmi 5425 kq olan Braziliya mənşəli qida əlavəsinin tərkibində GMO elementləri aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Apa.az