Türkiyə müsəlman liderləri İstanbula çağırdı
İslam Əməkdaşlıq Təşkilatı Qüds məsələsi ilə bağlı gələn həftə İstanbulda toplantı keçirəcək. Bu haqda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib. O həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Malayziya, İran, Qətər və İndoneziya prezidentləri ilə telefon söhbətində Qüds məsələsini müzakirə etdiyini söyləyib.
6 Dekabr 2017 16:42 Dünyaİslam Əməkdaşlıq Təşkilatı Qüds məsələsi ilə bağlı gələn həftə İstanbulda toplantı keçirəcək. Bu haqda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib. O həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Malayziya, İran, Qətər və İndoneziya prezidentləri ilə telefon söhbətində Qüds məsələsini müzakirə etdiyini söyləyib.
Qeyd edək ki, Ağ Evin mətbuat xidmətindən yayılan məlumata əsasən, Donald Tramp bu gün Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıdığına dair bəyanat verəcək. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir.