Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən edib - SİYAHI

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qəbul etdiyi bəzi terminlər məlum olub. Komissiya ingilis dilində 45-dən çox terminin Azərbaycan dilində qarşılığını müəyyən edib.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qəbul etdiyi bəzi terminlər məlum olub. Komissiya ingilis dilində 45-dən çox terminin Azərbaycan dilində qarşılığını müəyyən edib.

Terminologiya Komissiyasının müvafiq qərarı ilə "Aerial collision" - "Havada toqquşma", "Aerial dusting" - "Havadan tozlandırma","Aerial work" - "Aviasiya işləri", "Airline" - "Aviaşirkət", "Air carrier" - "Aviadaşıyıcı", "Airworthy" - "Uçuşa yararlı","Airworthiness" - "Uçuşa yararlılıq", "Arrival area" - "Gəliş ərazisi", "Arrival point" - "Gəliş məntəqəsi", "Confidence interval" - "Etibarlılıq intervalı", "Confidence limit" - "Etibarlılıq limiti", "Crest factor" - "Amplitud əmsalı", "Critical wing" - "Kritik qanad", "Crossbar" - "İşıq üfüqü", "Cross-wind" - "Yan küləyi","Customs airport" - "Gömrük aeroportu", "Customs  authorities"- "Gömrük orqanı", "Disc area" - "Disk sahəsi", "Disc loading" - "Disk yüklənməsi", "Discrete code" - "Diskret kod", "Discrete frequency" - "Diskret tezlik", "Drift" - "Dreyf", "Drift angle" - "Dreyf bucağı", "Fixed wings" - "Hərəkətsiz qanadlar" kimi müəyyənləşdirilib.

Eyni zamanda, "Aileron" - "Eleron", "Air bleed" - "Havanın sovrulması", "Air-brake" - "Hava əyləci", "Airframe" - "Planer","Airframe noise" - "Planerin küyü", "Airport charge" - "Aeroport rüsumu", "Airport capacity" - "Aeroport tutumu", "Air taxi" - "Aerotaksi", "Air traffic" - "Havada hərəkət", "Barrette" - "Xətti işıq", "Boundary light" - "Sərhəd nişanı", "Broadcast" - "Radioyayım", "Celestial navigation" - "Astronaviqasiya", "Centre of pressure" - "Təzyiq mərkəzi", "Commercial aviation" - "Kommersiya aviasiyası", "Commercial invoice" - "Yük fakturası","Consignee" - "Yükalan", "Control surface" - "İdarəetmə  səthi","Convestion cloud" - "Konvektiv bulud", "Cruising speed" - "Kreyser sürəti", "Customs control" - "Gömrük nəzarəti","Customs duties" - "Gömrük rüsumları", "Customs procedure" - "Gömrük qaydaları", "Danger area" - "Təhlükəli zona" kimi müəyyən olunub. Apa.az "Terminologiya məsələləri" jurnalına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31