“Qarabağ” silsiləsindən növbəti layihə
Dekabrın 6- da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə AMEA-nın Folklor İnstitutunun birgə layihəsi olan “Qarabağ lətifələri” adlı təbliğat xarakterli nəşrin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, təqdimatda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, baş elmi işçi Aynurə Xudanlı, sektor müdiri İrina Özçoban, metodist Əkbər Rüstəmov, Misir Mədəniyyət mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, AMEA Folklor İnstitutunun, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev çıxış etmişlər.
6 Dekabr 2017 15:12 MədəniyyətDekabrın 6- da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə AMEA-nın Folklor İnstitutunun birgə layihəsi olan "Qarabağ lətifələri" adlı təbliğat xarakterli nəşrin təqdimatı keçirilib.
Olaylar.az bildirir ki, təqdimatda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, baş elmi işçi Aynurə Xudanlı, sektor müdiri İrina Özçoban, metodist Əkbər Rüstəmov, Misir Mədəniyyət mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, AMEA Folklor İnstitutunun, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev çıxış etmişlər.
Açıqçalarda verilmiş lətifələr Qarabağ sakinlərinin isti ocaqlarından didərgin düşdükdən sonra 2012-2015-ci illərdə AMEA Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin birgə təşkil etdiyi folklor ezamiyyələri zamanı toplanılıb.