Dövlət qulluqçularına xidməti vəsiqənin verilmə qaydası müəyyənləşib

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin verilməsi qaydası müəyyənləşib. Məlumata görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni 15-2-ci maddə (Dövlət qulluqçsunun xidməti vəsiqəsi) əlavə edilib. Yeni 15-2.1-ci maddəyə görə, dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin verilməsi qaydası müəyyənləşib. Məlumata görə, bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna yeni 15-2-ci maddə (Dövlət qulluqçsunun xidməti vəsiqəsi) əlavə edilib. Yeni 15-2.1-ci maddəyə görə, dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir. 15-2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.15-2.3. Xidmət vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanun layihəsinə dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 7-də keçiriləcək iclasında müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31