Elçin Quliyev Yavuz Türkgenclə görüşüb
Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-polkovnik Yavuz Türkgencin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xidmətin Məlumat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
6 Dekabr 2017 14:22 SosialDekabrın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-polkovnik Yavuz Türkgencin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xidmətin Məlumat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Söhbət zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunmuşdur. Transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilmişdir. Tərəflər arasında hərbi sahədə əlaqələrin dərinləşdirilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.