Gündəm
İxrac missiyamız Dubayda uğurlu nəticələr əldə edib
Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Dubaya səfəri davam edir. İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsinin birgə təşkilatçılığı ilə missiya iştirakçıları yerli məhsullarımızın Dubayın market və bazarlarında satışı imkanları və distributorluq məsələlərinin müzakirə olunduğu ikitərəfli görüşlərdə iştirak ediblər.
"Lotu Quli" Instagram-da canlı yayıma çıxdı: "Gəncəni Rəşada tapşırmışam" - VİDEO
Kriminal aləmin nümayəndələri də artıq texnologiyanın yenilikləri ilə ayaqlaşır. Azərbaycanlı qanuni oğru Lotu Quli də (Nadir Salifov) sosial şəbəkələrdə canlı yayıma çıxaraq öz izləyicilərinə məlumat verməyə başlayıb. Nadir Səlifov canlı yayımda Gəncə haqqında da danışıb və bu şəhəri Rəşad Gəncinskiyə etibar etdiyini bildirib.
"Qadın yataqda bir az sərbəst olan kimi, kişi soruşur ki, bunu kimdən öyrənmisən?" — XANIM PSİXOLOQDAN QALMAQALLI AÇIQLAMALAR
Adətən psixoloqları sirr qutusu hesab edirlər. Çünki bir çox peşə sahiblərindən fərqli olaraq psixoloqlar həm də sirr saxlamağa məcburdular. Xüsusən də ailə psixoloqları.
Atəşkəsin pozulması halları artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Ekspert: “Mərkəzi Bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir”
“Mərkəzi Bank bir rəqəmli infilyasiya hədəfləsə də uçot dərəcəsini 15 faiz olaraq saxlamaqdadır”. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, uçot dərəcəsi Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir: “Bütövlükdə MDB-də yalnız Tacikstanda uçot dərəcəsi bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir.
Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolu imzalanıb
Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini başa çatdırıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər.
Qeyri-sabit hava dekabrın 9-na kimi davam edəcək
“Ölkə ərazisində müşahidə olunan, qeyri -sabit yağıntılıhava şəraiti dekabrın 9-na kimi davam edəcək”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O qeyd edib ki, dekabrın 9-u gündüz saatlarından başlayaraq havaşəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Prezident Rusiya ilə dövlət sərhədi istiqamətində tikiləcək yeni yolun təməlqoyma mərasiminə qatılıb
Prezident İlham Əliyev Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak edib. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına avtomobil yolunun layihəsi barədə məlumat verib.
Beynəlxalq İnsan Hüququları günü
Bilik Fondunun Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkilatçılığı ilə Beynəlxalq İnasan Hüququları gününə həsr edilmiş tədbir keçirilib.
“Müharibə mütləq başlayacaq!” - ABŞ-a MEYDAN OXUDU
“Koreya Xalq Demokratik Respublikası müharibəyə cəhd etmir, eyni zamanda müharibədən çəkinməyəcək”. Bu haqda Şimali Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında deyilir.
Ebru Gündeşin gözmuncuğulu VİLLASINDAKI SON GÜNLƏRİ
Amerikada həbsxanada olan Rza Zərrabdan boşanmağa qərar verən Ebru Gündeş əkiz villasından köçür. Sənətçi əşyalarını toplamağa başlayıb. Dünən Ebru Gündeş kameralara görünməmək üçün mühafizə xidmətinin və xadimələrin köməyi ilə evə daxil olub və çıxıb.
Baş Prokurorluq və DİN Salyanda 5 nəfərin qətli ilə bağlı birgə məlumat yayıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Salyanda törədilmiş ağır cinayətlə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan birgə məlumatda bildirilir ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkarlanıb.
Darıxdırıcı filmlər hansılardı?
NME jurnalının tənqidçi və oxucuları kinematoqrafiya tarixində ən darıxdırıcı 20 filmin adını açıqlayıb. Səsvermədə iki minə yaxın insan iştirak edib. Reytinqdə birinci sırada “Bozun əlli çaları” filmi qərarlaşıb. Bu filmi səs verənlərin 34%-i darıxdırıcı hesab edib.
Rusiya ABŞ-ın Qüds qərarını dəstəkləmədi
Rusiya höküməti ABŞ-ın Qüdslə bağlı aldığı qərarlara münasibət bildirib. HƏMAS-ın Siyasi Büro sədri İsmayıl Həniyyə ilə Rusiyanın xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov ABŞ-ın yaxın Şərqi yerindən oynadan qalmaqallı Qüds qərarını müzakirə edib. Görüş zamanı Rusiya rəsmisi ABŞ-ın bu qərarından narahatlıq duyduqlarını bildirib.
Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün tapşırıq verdi
"Mən Dövlət Departamentinə ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verdim". Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. Onun sözlərinə görə, artıq binanın inşası üçün müvafiq işlərin görülməsinə başlanılıb.














