Gündəm

Nazpəridən Xatuna: "Tanımıram, tanımaq da istəmirəm"

7 Dekabr 2017 09:04

Bu gün Xəzər TV-də yayımlanan "5/5" proqramında qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva müğənni Xatun Əliyevanın xoşuna gəlməyəcəyi sözlər işlədib. Aparıcı Zaur Kamal verilişdə yeni rubrika təqdim edib. Rubrikanın qaydalarına əsasən, gələn qonaqlar səslənən mahnıları kimin ifa etdiyini tapmalıdır. Nazpəri Dostəliyeva Abbas Bağırov, Günay İbrahimli, Samir Piriyev və başqa ifaçıları səsindən tanımasa da, Şəbnəm Tovuzlu ilə Xumar Qədimovanı tanıyıb.

Merkel Trampın qərarını dəstəkləmədi

7 Dekabr 2017 09:01

Almaniya kansleri Angela Merkel ABŞ lideri Donald Trampun Qüdslə bağlı qərarını dəstəkləmir. Bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bəyan edib.

Müslüm Maqomayevin xatirəsi Musiqi Mədəniyyəti Dövlət Muzeyində yad olunub

6 Dekabr 2017 20:20

Dekabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli estrada və opera müğənnisi, Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib. Olaylar.az bildirir ki, əvvəlcə qonaqlar unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr edilmiş “Müslüm Maqomayev – 75” adlı fotosərgiyə baxıblar. Sonra M.Maqomayevin ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında

6 Dekabr 2017 20:14

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftə sonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib etmişdir. Hər zaman olduğu kimi teatr kiçik yaşlı tamaşaçıları sevindirməkdə davam edir. Kollektiv dekabrın 9-da saat 12:00 və 14:00-da P.Panço “ Dörd əkizin nağılı”, dekabrın 10-u eyni saatlarda Ş.Perro “Çəkməli pişik” tamaşalarını kiçik yaşlı tamaşaçılarına təqdim edəcək.

"Azərbaycan bədii tikmə sənəti" mövzusunda mühazirə

6 Dekabr 2017 20:10

Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan bədii tikmə sənəti” mövzusunda mühazirə təşkil olunub. Olaylar.az bildirir ki,  mühazirəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekan müavini, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Türkan Abbasova aparıb.

Bu qidalar karlığın qarşısını alır - SİYAHI

6 Dekabr 2017 20:10

Yaşlandıqca, ya da müxtəlif səbəblərdən eşitməmizdə müəyyən narahatlıqlar yaranır. Amma bəzi qidalarla eşitmədə yarana biləcək problemlərin qarşısını almaq mümkündür. Həmin qidaların siyahısını diqqətinizə çatdırırıq.

Diabetə qarşı ən yeni vaksin hazırlanıb

6 Dekabr 2017 20:00

Diabetə qarşı ən yeni vaksin hazırlanıb. Rusiyanın “Dictat” saytı xəbər verir ki, yeni vaksin nəinki xəstəliyin bütün mərhələlərini sağaldır, həm də onun bütün neqativ nəticələrini aradan qaldırır.

YUĞ -da “Quş dili”

6 Dekabr 2017 19:59

Dekabrın 7 -də  “YUĞ” Dövlət Teatrında “Quş dili” adlı yeni tamaşanın premyerası keçiriləcək. Olaylar.az bildirir ki,  Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, Humay mükafatı laureatı Qasım Nağı, aktyorlar Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.

Millət vəkili Qənirə Paşayeva tələbələrlə görüşdü

6 Dekabr 2017 19:54

Dekabrın 6-da Azərbaycan Dillər Universitetinin  Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Milli Məclisin deputatı Qənirə Paşayeva Auditoriya+ layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə Qənirə Paşayevanı universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tədbirin kafedranın “Analitik düşüncə” klubu çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün əhəmiyyətli olacağına inandığını qeyd edib.

Alma çayı ilə öskürək və bəlğəmə son!

6 Dekabr 2017 19:53

Qış aylarında xüsusilə uşaqlardan əl çəkməyən öskürək və bəlğəmin aradan qaldırmağın ən təbii və təsirli yolu alma çayı içməkdir. Qış mövsümündə uşaqların və böyüklərin ən çox əziyyət çəkdiyi problem öskürəkdir. Xəstəlik keçsə belə, uzun müddət qalan öskürək üçün təbii müalicədən istifadə etmək lazımdır.

Heydər Əliyevin anım gününə həsr olunmuş elmi seminar

6 Dekabr 2017 19:49

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Zirvədən zirvəyə və əbədiyyətə” adlı elmi seminar keçirilib. Seminardan öncə professor-müəllim və tələbə heyəti Universitetdə yerləşən Heydər Əliyev büstünün qarşısına əklil qoyublar.

Hansı məhsullar təzyiqi salır?

6 Dekabr 2017 19:48

Həkimlər hipertoniyadan əziyyət çəkən insanlar üçün xüsusi müalicəvi pəhriz tövsiyə edir. Hipertoniya xəstələri öz qidalanmasından yağlı, duzlu, qızardılmış, hisə verilmiş, marinada qoyulmuş qidaları çıxarmalıdır. Məhz bu qidaların qəbulu təzyiqin artmasına səbəb olur.

Rejissor Karin Çapmanın ustad dərsləri yekunlaşdı

6 Dekabr 2017 19:46

British Council Azerbaijan-ın təşkilatçılığı ilə  Mədəniyyət və İncəsənət Universitetində Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən ustad dərsləri keçirilib. Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi layihənin əsas məqsədi istedadlı gənclərdən ibarət qarışıq tərkibli qrup ilə işləyərək birgə tamaşa üçün yaradıcı xarakter formalaşdırmaqdan ibarət olub.

Gözlərimizi necə qoruyaq?

6 Dekabr 2017 19:43

Məlumdur ki, kök və qaragilə normal görmə qabiliyyəti üçün lazım olan ən əsas məhsullardır. Gözlər üçün xeyirli olan daha hansı məhsullar var və onların xeyri nəyə əsaslanır? Qida ilə əlaqədar olan xeyir prinsipi çox sadədir: tərkibində A, E, C vitaminləri ilə zəngin məhsullara üstünlük vermək lazımdır.