Millət vəkili Qənirə Paşayeva tələbələrlə görüşdü
Dekabrın 6-da Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Milli Məclisin deputatı Qənirə Paşayeva Auditoriya+ layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə Qənirə Paşayevanı universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tədbirin kafedranın “Analitik düşüncə” klubu çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün əhəmiyyətli olacağına inandığını qeyd edib.
6 Dekabr 2017 19:54 SosialDekabrın 6-da Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Milli Məclisin deputatı Qənirə Paşayeva Auditoriya+ layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.
Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aidə Yusifzadə Qənirə Paşayevanı universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tədbirin kafedranın "Analitik düşüncə" klubu çərçivəsində keçirildiyini xatırladıb və bu görüşün tələbələr üçün əhəmiyyətli olacağına inandığını qeyd edib.
Millət vəkili Q.Paşayeva gənclərlə belə görüşlərin təşkil edilməsinin vacibliyini vurğulayaraq dəyirmi masanın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir.
Millət vəkili dəyirmi masada "Azərbaycanın xarici siyasi əlaqələrinin inkişafında parlamentin rolu" mövzusunda çıxış edərək bəzi məqamlara da aydınlıq gətirib.
Millət vəkili sonda tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya çatdırmağı tövsiyə edib.