Müslüm Maqomayevin xatirəsi Musiqi Mədəniyyəti Dövlət Muzeyində yad olunub

Dekabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli estrada və opera müğənnisi, Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib. Olaylar.az bildirir ki, əvvəlcə qonaqlar unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr edilmiş “Müslüm Maqomayev – 75” adlı fotosərgiyə baxıblar. Sonra M.Maqomayevin ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

Dekabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli estrada və opera müğənnisi, Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib.

Olaylar.az bildirir ki, əvvəlcə qonaqlar unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr edilmiş "Müslüm Maqomayev - 75" adlı fotosərgiyə baxıblar.

Sonra M.Maqomayevin ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova görkəmli müğənninin həyat və yaradıcılığından, onun musiqimizin inkişafındakı xidmətlərindən söz açıb. Qeyd edilib ki, dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Bu möhtəşəm yubiley tədbiri də həmin Sərəncama əsasən təşkil edilib.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın yaradıcılığından, sənət fəaliyyətindən və insani keyfiyyətlərindən söz açıb.

Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin hazırladıqları konsert proqramı ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31