Gündəm
İran XİN: “Qüds şəhəri Fələstinin ayrılmaz parçasıdır”
İran Xarici işlər nazirliyi ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını, ABŞ prezidentinin bu ölkənin səfirliyinin Tel- Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi qiymətləndirib.
Vəkillər Kollegiyasının yeni sədri kimdir? - DOSYE
Bu gün Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib. Konfransda kollegiyaya yeni sədrin seçilməsi məsələsi müzakirə olunub. Səsvermə nəticəsində “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırov növbəti 5 il müddətinə Rəyasət Heyətinin sədri seçilib.
"Səhər universitetdə dərs deyir, axşam stollarda oynayır" - Namiqdən ŞOK AÇIQLAMA
"Xəzər" telekanalında Zaur Kamalın verilişinin qonaqları olan xalq artisti Nazpəri Dostəliyeva və Namiq Qaraçuxurlu bir-birindən iddialı açıqlamaları ilə diqqət mərkəzinə düşüblər.
Qüds qalmaqalı: 8 ölkə Trampa qarşı təcili iclas çağırdı
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatına etiraz olaraq BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək. Trampın Qüdsün statusu ilə bağlı bəyanatına görə 8 ölkə - Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Bir ayda 195-2 Çağrı Mərkəzinə 760 müraciət daxil olub
2017-ci ilin noyabr ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 760 müraciət daxil olub. Ötən ay ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, istehlakçıların qanuni hüquqlarının müdafiəsi, güzəştli kreditlərin əldə olunması və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Saakaşvilinin yaxın adamı həbs edildi
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin tərəfdarı olan Severion Danqadze həbs olunub. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan söyləyib. Sarqan onun Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsddə ittiham edildiyini bildirib. Danqadzeni 5 il müddətinə həbs cəzası gözlədiyi vurğulanıb.
Vəkillər Kollegiyasına yeni sədr seçildi
Konfransda Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvü, "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb.
ABŞ-dan növbəti Fələstin qərarı: Yardımlar dayandırılır
ABŞ Konqresinin Nümayəndələr Palatası Fələstin əleyhinə olan qanun layihəsini təsdiqləyib. Yeni qanun layihəsinə əsasən İsrail tərəfindən cəzalandırılan və ya nəzarətə götürülən ailələrə ödənən 300 milyon dollarlıq yardımın verilməsi dayandırılıb. Maraqlı məqam odur ki, yeni layihəyə bir müddət əvvəl Təl-Əvivdə fələstinli gənc tərəfindən bıçaqlanaraq öldürülən 29 yaşlı amerikalı tələbə Teylor Forsun adı verilib. Qanun layihəsində həmçinin Fələstinə yardım edən digər donor ölkələrə də anoloji addımın atılması məsləhət görülüb.
ABŞ-dan İsrailə məxfi məktub: Hələlik sakit durun
Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasından bir qədər öncə ABŞ Dövlət Departamenti İsrailə məxfi məktub göndərib.Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.
“ABŞ və İsraildən başqa…” - Ərdoğandan sərt QÜDS BƏYANATI
“Qüdsün İsrailin paytaxtı kimi tanımaq bu bölgəni atəşin içinə atmaqdır”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını şərh edərkən deyib.
İrəvanın daha bir biabırçılığı ÜZƏ ÇIXDI: 12 min erməni ordudan qaçdı və...
Ermənistan parlamentində “Məcburi hərbi xidmətdən yayınan vətəndaşlar haqqında” qanun yenidən gündəmə gəlib. Erməni deputatlar Karine Açemyan, Qalust Saakyan, Vaqe Enfiadjyan və Avqan Vardanyan bu qanunun işləmə müddətinin 2019-cu ilin 31 dekabrına qədər uzadılmasını təklif ediblər. Müzakirələrdən sonra qanunun tətbiqinin uzadılması təklifi qəbul olunub.
Bakcell şirkəti Azərbaycanda ilk dəfə 5G texnologiyasına hazırlığı və 4.5G Pro ilə 1 Gb/saniyəyədək rekord sürəti nümayiş etdirir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “BakuTel-2017” sərgisində quraşdırılmış stendində Azərbaycanda ilk dəfə olaraq 4.5G Pro texnologiyasının imkanlarını və 5G texnologiyasına hazırlığı nümayiş etdirir.
Quba-Xaçmaz yolunda təmir-bərpa işləri yaxın müddətdə yekunlaşacaq
Dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində apardığı kompleks tədbirlər çərçivəsində uzun müddət istismar olunan və əsaslı şəkildə təmir olunmayan respublikanın avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.
Şabranın 5 kəndində içməli su təchizatı infrastrukturu yaradılıb
Şabran rayonunun 5 kəndində içməli su təchizatı infrastrukturu yaradılıb“OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, bu münasibətlə Şabran rayonunun Sincanboyad kəndində keçirilən açılış mərasimində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib.
Yollarda sürət həddi aşağı salındı
Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb. “OLAYLAR” xəbər verir ki, bu baədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.














