ABŞ-dan növbəti Fələstin qərarı: Yardımlar dayandırılır
ABŞ Konqresinin Nümayəndələr Palatası Fələstin əleyhinə olan qanun layihəsini təsdiqləyib. Yeni qanun layihəsinə əsasən İsrail tərəfindən cəzalandırılan və ya nəzarətə götürülən ailələrə ödənən 300 milyon dollarlıq yardımın verilməsi dayandırılıb. Maraqlı məqam odur ki, yeni layihəyə bir müddət əvvəl Təl-Əvivdə fələstinli gənc tərəfindən bıçaqlanaraq öldürülən 29 yaşlı amerikalı tələbə Teylor Forsun adı verilib. Qanun layihəsində həmçinin Fələstinə yardım edən digər donor ölkələrə də anoloji addımın atılması məsləhət görülüb.
7 Dekabr 2017 12:03 DünyaABŞ Konqresinin Nümayəndələr Palatası Fələstin əleyhinə olan qanun layihəsini təsdiqləyib. Yeni qanun layihəsinə əsasən İsrail tərəfindən cəzalandırılan və ya nəzarətə götürülən ailələrə ödənən 300 milyon dollarlıq yardımın verilməsi dayandırılıb. Maraqlı məqam odur ki, yeni layihəyə bir müddət əvvəl Təl-Əvivdə fələstinli gənc tərəfindən bıçaqlanaraq öldürülən 29 yaşlı amerikalı tələbə Teylor Forsun adı verilib. Qanun layihəsində həmçinin Fələstinə yardım edən digər donor ölkələrə də anoloji addımın atılması məsləhət görülüb.
Qeyd edək ki, qanun layihəsi qüvvəyə Senat və Prezident Donald Tramp tərəfindən təsdiqləndikdən sonra minəcək. Axar.az