Şabranın 5 kəndində içməli su təchizatı infrastrukturu yaradılıb
Şabran rayonunun 5 kəndində içməli su təchizatı infrastrukturu yaradılıb“OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, bu münasibətlə Şabran rayonunun Sincanboyad kəndində keçirilən açılış mərasimində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib.
7 Dekabr 2017 11:45 SosialŞabran rayonunun 5 kəndində içməli su təchizatı infrastrukturu yaradılıb"OLAYLAR"-ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə, bu münasibətlə Şabran rayonunun Sincanboyad kəndində keçirilən açılış mərasimində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, Şabran şəhərində əhalinin içməli su ilə bağlı problemləri həllini tapıb, kəndlərdə su layihələrinin icrası mərhələlərlə davam etdirilir. "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Ramin Sadıqov deyib ki, layihə əsasında 10,3 km su xətləri çəkilib, 29 ədəd bulaq quraşdırılıb. Təkcə Sincanboyad kəndində 4,5 km kənddaxili su xətti çəkilib, 13 ədəd bulaq quraşdırılıb. Bununla kəndin 800 nəfər sakininin içməli su problemi həll edilib. Növbəti illərdə rayonun digər kəndlərində də içməli su layihələrinin həyata keçirilməsi nəzərdə tutulur .
Qeyd edək ki, Şabran rayonunda icra olunan layihədən 5 kəndin 5400 sakini faydalanacaq.