Rusiya ABŞ-ın Qüds qərarını dəstəkləmədi

Rusiya höküməti ABŞ-ın Qüdslə bağlı aldığı qərarlara münasibət bildirib.  HƏMAS-ın Siyasi Büro sədri İsmayıl Həniyyə ilə Rusiyanın xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov ABŞ-ın yaxın Şərqi yerindən oynadan qalmaqallı Qüds qərarını müzakirə edib. Görüş zamanı Rusiya rəsmisi ABŞ-ın bu qərarından narahatlıq duyduqlarını bildirib.

ABŞ-ın qərarı ilə razı olmadıqlarını və Qüds məsələsində beynəlxalq qərarların önəmli olduğu vurğulanıb. Rusiya Fələstin xalqı ilə həmrəylik içərisində olduqlarını da bəyan edib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31