Beynəlxalq İnsan Hüququları günü
Bilik Fondunun Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkilatçılığı ilə Beynəlxalq İnasan Hüququları gününə həsr edilmiş tədbir keçirilib.
7 Dekabr 2017 11:24 SosialBilik Fondunun Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkilatçılığı ilə Beynəlxalq İnasan Hüququları gününə həsr edilmiş tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Fərman Kazımov Bilik Fondu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbirlərin keçirilməsinin ənənəyə çevrildiyini xüsusilə vurğulayıb. İştirakçıları salamlayan Fondun aparat rəhbəri İsaxan Vəliyev "Hüquqi maarifləndirmə" Proqramı çərçivəsində görülən işlərdən danışıb.
Tədbirdə Mülki və İnzibati Prosessual Məcəllələrə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən dəyişikliklərlə bağlı çıxış edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev Prezident İlham Əliyev tərəfindən bu sahədə imzalanmış hüquqi sənədlərin ilk növbədə insan və vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsində təsbit edilmiş hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təminatının yeni hüquqi bazası kimi çıxış etdiyini bildirib.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov Bilik Fondu tərəfindən hüquqi maarifləndirici tədbirlərin nəinki sadə vətəndaşlar, eləcə də məhkəmə hüquq və hüquq mühafizə orqanlarının əməkdaşları üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.