Gündəm

Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb

25 Dekabr 2017 14:32

Dekabrın 25-də Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb.

Əlillərin sosial hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır

25 Dekabr 2017 14:29

Azərbaycanda sosial müdafiə sisteminin təkmilləşdirilməsi daim ön planda olub.“Olaylar” in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda keçirilən konfransda deyib.

Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfrans keçirilir

25 Dekabr 2017 14:28

Dekabrın 25-də Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfrans keçirilib. ‪“Olaylar” xəbər verir ki, Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, deputatlar iştirak ediblər.

Dünyada baş verən məzhəb savaşları ən yüksək həddə çatıb

25 Dekabr 2017 14:26

Bu günlərdə Azərbaycan dini müstəvidə daha bir beynəlxalq tədbirə evsahibliyi edərək nə dərəcədə tolerant, multikultural bir ölkə olduğunu bir daha sübuta yetirdi. Secindirici hal ondan ibarətdir ki, günümüzdə Azərbaycanın ortaya qoyduğu bu mövqe beynəlxalq aləm, dünya dövlətləri tərəfindən təqdir edilir, dəstəklənir.

FHN-dən əhaliyə Bayram xəbərdarlığı

25 Dekabr 2017 14:23

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. FHN-dən “Olaylar”a verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır.

Modelyer rəssam Fəxriyyə Xələfova ilə görüş

25 Dekabr 2017 14:22

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın görüşü baş tutub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə modelyer rəssamın “Şərq Cazibəsi” kolleksiyasından olan bir neçə geyiminin Sankt-Peterburq şəhərindəki dünya şöhrətli Ermitaj Muzeyinin daimi kolleksiyasında nümayişi haqqında ətraflı məlumat verilib. Olaylar.az bildirir ki, tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əziz, Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova tanınmış modelyer haqqında səmimi və xoş sözlərini deyib, yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.

Ziyad Səməzadı: “ÜDM-i 35 faizə çatdırsaq, hədəflərə çata bilərik”

25 Dekabr 2017 14:22

“1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Azərbaycanın dövlət büdcəsi 2 milyarddan artıq deyildi, bu da ümum daxili məhsulun 13 faizini təşkil edirdi. İndi isə 29-30 faizini təşkil edir. Onu 35 faizə çatdırsaq-bunu etmək mümkündür-dayanıqlıq inkişafla bağlı hədəflərə çata bilərik”.

Ölkəmizin beynəlxalq nüfuzu durmadan artır

25 Dekabr 2017 14:18

Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı -Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir.

Şövkət Məmmədovanın 120 illik yubileyi

25 Dekabr 2017 14:16

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində professional vokal sənətinin görkəmli nümayəndələrindən olan, ilk qadın opera müğənnisi, ictimai xadim, xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib. Olaylar.az bildirir ki, tədbirdə Şövkət Məmmədovanın səs yazısı səsləndirilib, ekranda onun həyat və yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.

Sağ ol, Mahir! Mahir oğlusan! Əkbər Qoşalı yazır...

25 Dekabr 2017 14:15

Xalq şairi QABİLin 7 cildliyi – əsərlərinin külliyyatı gün üzü görüb. QABİLin ruhu şad, oğlunun üzü ağ olsun! Bu münasibətlə Mahir Qabiloğlunu alqışlayır, bütün QABİLsevərləri təbrik edirəm! Elə bilirəm, bir Xalq şairinin əsərlərinin külliyyatı, bütövlükdə şeir-sənət dünyamız üçün əlamətdar hadisədir. Ən azından, hansısa şeirsevər, araşdırmaçı kitabxanalarda fərqli illərə aid, fərqli əlifbalarda fərqli nəşriyyatlarda çıxmış kitabları axtarmaq məcburiyyətində qalmayacaq. – Bir şairin yaradıcılığını, necə deyərlər, bir əldən, toplu şəkildə izləmək, araşdırmaq imkanına yiyələnmiş olacaq.

“ASAN Viza” artıq ispan dilində

25 Dekabr 2017 14:14

“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı aparılan tədbirlər çərçivəsində və Azərbaycana səfər etmək niyyətində olan əcnəbilər və vətəndaşığı olmayan şəxslər üçün “ASAN Viza” portalının daha da rahat və ələçatan olması məqsədilə portalın müxtəlif dillərə tərcümə edilməsi işləri davam etdirilir. Olaylar.az bildirir ki,  “ASAN Viza” portalının ispan dili versiyası da istifadəyə verilib. Beləliklə hazırda portal 7 dildə (Azərbaycan, İngilis, Fransız, İspan, Ərəb, Fars və Rus) fəaliyyət göstərir.

Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhvə

25 Dekabr 2017 14:10

BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnaməsi dünyanın supergüclərinin söz savaşına çıxmasına səbəb olub. Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişi belə sözügedən qərarın qəbuluna təsir edə bilmədi.

Bankların bağlanması çıxış yoludurmu?

25 Dekabr 2017 13:59

Hələ Azərbaycanda ilkin devalvavasiya qeydə alınan zaman özünü doğrultmayan bankların sıradan çıxacağı barədə proqnozlar verilmişdi. Kommersiya bankların fəaliyyətini davam etdiriə biməsi məqsədilə bir sıra stimullaşdırıcı addımların atılmasına baxmayaraq ötən müddət ərzində bir sıra banklar fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.

Bütün parametrlər üzrə inkişaf ili

25 Dekabr 2017 13:57

Artıq 2017-ci ilin başa çatmasına sayılı günlər qalıb. Başa vurmaqda olduğumuz ildə də bir sıra çətinliklər, məlum neft böhranından qalma problemlər qalsa da, lakin ümumilikdə cari ilin Azərbaycan üçün uğurlu olduğunu söyləmək mümkündür.  İstər siyasi və iqtisadi, istər mədəni və sosial, istərsə də humanitar sahələrdə il ərzində baş verən dəyişikliklər, qeydə alınan müsbət dinamikaya nəzər yetirdikdə belə bir nəticəyə gəlmək mümkündür. Həmçinin 2017-ci illə bağlı ortada olan statistik göstəricilər də eyni mənzərəni ortaya qoyur.

Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırıldı

25 Dekabr 2017 13:53

Azərbaycan ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan mühərrik benzin növlərinə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb. Məlumata görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.