“ASAN Viza” artıq ispan dilində
“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı aparılan tədbirlər çərçivəsində və Azərbaycana səfər etmək niyyətində olan əcnəbilər və vətəndaşığı olmayan şəxslər üçün “ASAN Viza” portalının daha da rahat və ələçatan olması məqsədilə portalın müxtəlif dillərə tərcümə edilməsi işləri davam etdirilir. Olaylar.az bildirir ki, “ASAN Viza” portalının ispan dili versiyası da istifadəyə verilib. Beləliklə hazırda portal 7 dildə (Azərbaycan, İngilis, Fransız, İspan, Ərəb, Fars və Rus) fəaliyyət göstərir.
25 Dekabr 2017 14:14 Sosial"ASAN Viza" sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı aparılan tədbirlər çərçivəsində və Azərbaycana səfər etmək niyyətində olan əcnəbilər və vətəndaşığı olmayan şəxslər üçün "ASAN Viza" portalının daha da rahat və ələçatan olması məqsədilə portalın müxtəlif dillərə tərcümə edilməsi işləri davam etdirilir.
Olaylar.az bildirir ki, "ASAN Viza" portalının ispan dili versiyası da istifadəyə verilib. Beləliklə hazırda portal 7 dildə (Azərbaycan, İngilis, Fransız, İspan, Ərəb, Fars və Rus) fəaliyyət göstərir.
Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir. Fəaliyyətə başladığı gündən etibarən sistem vasitəsilə 265 000-dən çox əcnəbiyə elektron viza verilib.