Gündəm

70 yaşlı azərbaycanlı diktora efirdə toy çalındı - Bəyin ürəyi getdi - VİDEO

25 Dekabr 2017 15:11

ARB TV-nin "Səhər-səhər" proqramının növbəti buraxılışında maraqlı hadisə yaşanıb. Belə ki, 70 yaşlı diktor Xalidə Əhmədovanın doğum günündə ona sürpriz edilərək, efirdə toy çalınıb. Toyun aparıcılığını müğənni Elçin Hüseynov, xınayaxma mərasimini isə Naibə Allahverdiyeva reallaşdırıb.

Hulusi Akar: "Türkiyə Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram"

25 Dekabr 2017 15:08

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 103 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.  H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımı unutmadıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi".

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi keçirilib – FOTOLAR

25 Dekabr 2017 15:07

Yaşlıların uşaqlara verdiyi ən məşhur sual “Böyüyəndə kim olmaq istəyirsən?”dir. Əslində, bu sualı verəndə çoxumuz eyni cavabı eşidirik. Gələcəyimiz olan uşaqlar böyüyəndə ya polis olmaq istəyirlər, ya həkim, ya da ki, müğənni... Biz də təbii olaraq uşaqların nəyə görə bu peşələri seçdikləri ilə maraqlanırıq. Onlar cavablarında “atama-anama oxşamaq istəyirəm” cavabını verirlər.

Bakıda alternativ teleqüllə istifadəyə verildi

25 Dekabr 2017 15:05

Bakıda alternativ televiziya qülləsi istifadəyə verilib. Bu barədə layihəyə yaxın mənbə məlumat verib. Alternativ qüllə ehtiyat qüllə funksiyası daşıyacaq və zərurət yaranacağı təqdirdə, məsələn, efir məkanında profilaktika işləri aparılarkən işə salınacaq. Əvvəlcə alternativ teleqülləsi vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai Radio yayımlanacaq. Bu məqsədlə stansiyada əlavə TV ötürücüləri quraşdırılıb. Bu həftənin sonunadək isə FM-radio ötürücüləri quraşdırılacaq.

Vergilər nazirinə yeni müşavir təyin olundu

25 Dekabr 2017 15:03

Camal Qasımov Azərbaycan vergilər nazirinin müşaviri təyin olunub. Bu barədə hökumətdəki mənbə məlumat verib. Daha əvvəl C.Qasımov Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində işləyib.

2017-ci ildə 120 min nəfər artdıq

25 Dekabr 2017 15:02

Azərbaycanda əhalinin artım dinamikası yüksəlib. Parlament və BMT ilə birgə keçirilən konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov bildirib.

Turizm Şurasının sağlamlıq və ekoturizm üzrə işçi qrupları fəaliyyət göstərəcək

25 Dekabr 2017 15:00

Azərbaycan Turizm Şurasının növbəti iclası keçirilib. “OLAYLAR” xəbər verir ki, iclasda sağlamlıq turizmi üzrə işçi qrupu yaradıldı, ekoturizm üzrə işçi qrupuna daxil ediləcək nümayəndələr haqqında müvafiq məlumatların 20 gün ərzində Turizm Şurasının sədrinə təqdim olunması qərara alındı.

Hava yağmursuz keçəcək

25 Dekabr 2017 14:59

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Soyuq hava dalğalarının orta sayında azalma qeydə alınıb

25 Dekabr 2017 14:57

AMEA Coğrafiya İnstitutunun 2017-ci ildəki elmi və elmi-təşkilatı fəaliyyətinin yekunları haqqında hesabat xarakterli tədbir keçirilib.  Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, 2017-ci ildə institutda elmi-tədqiqat işləri Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi problemləri əsasında aparılıb.

"Qarabağ həbsxanasında qanqrenalı azərbaycanlı zabiti görəndə huşumu itirdim...”

25 Dekabr 2017 14:50

“Mən Dağlıq Qarabağa ilk dəfə səfər edəndə gördüklərimdən elə sarsıldım ki, hərbi jurnalist olmaq fikrimdən birdəfəlik daşındım”. Bu sözləri Rusiyadakı “Doktor Lizadan ədalətli yardım” humanitar fondunun prezidenti Kseniya Sokolova TASS agentliyinə müsahibəsində danışıb.

Şəhid qohumu Ərdoğana qorxulu anlar yaşatdı- VİDEO

25 Dekabr 2017 14:47

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnaqda keçirilən konqresində iştirak edib. AKP sədri səhnədə partiyadaşlarını salamlayarkən Hüseyn Dəmircan adlı vətəndaş mühafizəçilərin gözündən yayınaraq Ərdoğanı qucaqlamağa cəhd edib. Bu zaman Türkiyə prezidenti qorxulu anlar yaşayıb.

Rusiyalıların əksəriyyəti SSRİ-nin dağılmasına təəssüflənir

25 Dekabr 2017 14:44

Rusiyada Sovet İttifaqının dağılmasından təəssüflənənlərin sayı 2009-cu ildən bəri ən yüksək həddə çatıb. Məlumata görə, bu, “Levada" Mərkəzi tərəfindən aparılan sorğunun nəticəsində müəyyənləşib.

Erməni general: “Allah göstərməsin ki, müharibə başlasın”

25 Dekabr 2017 14:43

Erməni deputatı, general Seyran Saroyan Ermənistan cəmiyyətində ötən ilin aprel ayında Azərbaycan ordusunun ələ keçirdiyi Lələ-Təpə yüksəkliyinin geri qaytarılması ilə bağlı müzakirələrə şərh verib.

Salyan şəhərində nadir heyvan olan vəhşi çöl pişiyi tutulub

25 Dekabr 2017 14:38

Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində nadir hallarda rast gəlinən vəhşi çöl pişiyini qəflətən görən yerli sakinlər xeyli təəccübləniblər. Məlumata görə, vəhşi heyvanı küçədə görən sakinlər onun kimsəyə xətər yetirməsinin qarşısını almaq üçün tutmaq istəsələr də, üzərlərinə atıldığından bu mümkün olmayıb.

Jurnalistin atasını öldürən sürücüyə hökm oxundu, zərərçəkmiş tərəf narazı qaldı

25 Dekabr 2017 14:33

Dekabrın 25-də Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.