Soyuq hava dalğalarının orta sayında azalma qeydə alınıb

AMEA Coğrafiya İnstitutunun 2017-ci ildəki elmi və elmi-təşkilatı fəaliyyətinin yekunları haqqında hesabat xarakterli tədbir keçirilib.  Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, 2017-ci ildə institutda elmi-tədqiqat işləri Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi problemləri əsasında aparılıb.

Tədbirdə qeyd edilib ki, 2017-ci ilin yekunu olaraq Coğrafiya İnstitutu tərəfindən ilk dəfə Azərbaycan ərazisində təbii rütubətlənmə şəraitində (TRŞ) əmələ gəlməsi mümkün olan landşaft xəritəsi ilə hazırda mövcud olan landşaftların rəqəmsal xəritələri müqayisə və təhlil edilib, landşaftların tarixi dövr ərzində antropogen transformasiya indeksləri hesablanıb. Məlum olub ki, Azərbaycanda antropogen transformasiya indeksləri kserofit bozqırlar və arid meşələrdə ən yüksək olub. Belə ki, bu dövr ərzində landşaftların strukturunda arid elementlərin üstün olduğu yarımsəhralar 2 dəfə, quru bozqırlar 1,5 dəfə, dağ çəmənləri 2,5 dəfə artıb, əksinə, meşə landşaftları ildə 4 dəfə azalaraq indiki 12%-ə enib.

1961-1990-cı (baza dövrü) illərlə müqayisədə 1991-2015-ci illərdə soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalma qeydə alınıb. Bakıda qış fəslində şaxtalı günlərin dinamikası azalmağa doğru olub: baza dövründə ən çox şaxtalı günlərin sayı 1972-ci ildə - 43 gün, son dövrdə isə (2008-ci il) 30 gün təşkil edib.

Tədbirdə çıxış edən AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov tədqiqatların yüksək səviyyədə aparıldığını və sürüşmə sahələrinin öyrənilməsində Geologiya institutu ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Sonda akademik H. Əliyev adına Coğrafiya İnstitutunun 2017-ci ildəki elmi və elmi-təşkilatı fəaliyyətinin yekunları haqqında hesabatı təsdiq edilib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31