Hulusi Akar: "Türkiyə Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram"
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 103 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib. H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımı unutmadıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi".
25 Dekabr 2017 15:08 SiyasətTürkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 103 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib. H.Akar qeyd edib: "Sarıqamış hərəkatından sonra Nargin adasında (indiki Böyük Zirə adası - red.) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımı unutmadıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi".
Qeyd edək ki, gələn il yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 104 illiyi qeyd olunacaq. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.