Salyan şəhərində nadir heyvan olan vəhşi çöl pişiyi tutulub
Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində nadir hallarda rast gəlinən vəhşi çöl pişiyini qəflətən görən yerli sakinlər xeyli təəccübləniblər. Məlumata görə, vəhşi heyvanı küçədə görən sakinlər onun kimsəyə xətər yetirməsinin qarşısını almaq üçün tutmaq istəsələr də, üzərlərinə atıldığından bu mümkün olmayıb.
25 Dekabr 2017 14:38 SosialBu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində nadir hallarda rast gəlinən vəhşi çöl pişiyini qəflətən görən yerli sakinlər xeyli təəccübləniblər. Məlumata görə, vəhşi heyvanı küçədə görən sakinlər onun kimsəyə xətər yetirməsinin qarşısını almaq üçün tutmaq istəsələr də, üzərlərinə atıldığından bu mümkün olmayıb.
Sonradan hadisə yerinə toplaşaraq vəhşi heyvanı təqib edən şəhər sakinlərindən biri heyvanın üzərinə tor ataraq tutmağa müvəffəq olub. Çöl pişiyinin Salyan düzündən keçərək şəhərə gəldiyi ehtimal olunur. Virtualaz.org