“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi keçirilib – FOTOLAR

Yaşlıların uşaqlara verdiyi ən məşhur sual “Böyüyəndə kim olmaq istəyirsən?”dir. Əslində, bu sualı verəndə çoxumuz eyni cavabı eşidirik. Gələcəyimiz olan uşaqlar böyüyəndə ya polis olmaq istəyirlər, ya həkim, ya da ki, müğənni... Biz də təbii olaraq uşaqların nəyə görə bu peşələri seçdikləri ilə maraqlanırıq. Onlar cavablarında “atama-anama oxşamaq istəyirəm” cavabını verirlər.

Yaşlıların uşaqlara verdiyi ən məşhur sual "Böyüyəndə kim olmaq istəyirsən?"dir. Əslində, bu sualı verəndə çoxumuz eyni cavabı eşidirik. Gələcəyimiz olan uşaqlar böyüyəndə ya polis olmaq istəyirlər, ya həkim, ya da ki, müğənni... Biz də təbii olaraq uşaqların nəyə görə bu peşələri seçdikləri ilə maraqlanırıq. Onlar cavablarında "atama-anama oxşamaq istəyirəm" cavabını verirlər.

Sumqayıt şəhəri 39 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Leyla Şamxal qızı Muradova isə rəssam olmaq istəyir.

Yeri gəlmişkən, Leyla bugünlərdə üzvü olduğu Sumqayıt şəhər 1 saylı Uşaq və Yeniyetmələrin İnkişaf Mərkəzində rəsm dərnəyinin keçirdiyi müsabiqənin qalibi olub. Daha dəqiq söyləsək o, "Fövqəladə hallar uşaqların gözü ilə" VII Uşaq Yaradıcılıq  Müsabiqəsinin Sumqayıt zona mərhələsində "Rəsm" nominasiyası üzrə I yeri tutub.

Cebhe.info Leylanın fırçasıdan çıxan tabloları oxuculara təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31