Bakıda alternativ teleqüllə istifadəyə verildi

Bakıda alternativ televiziya qülləsi istifadəyə verilib. Bu barədə layihəyə yaxın mənbə məlumat verib. Alternativ qüllə ehtiyat qüllə funksiyası daşıyacaq və zərurət yaranacağı təqdirdə, məsələn, efir məkanında profilaktika işləri aparılarkən işə salınacaq. Əvvəlcə alternativ teleqülləsi vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai Radio yayımlanacaq. Bu məqsədlə stansiyada əlavə TV ötürücüləri quraşdırılıb. Bu həftənin sonunadək isə FM-radio ötürücüləri quraşdırılacaq.

Qeyd edək ki, alternativ televiziya qülləsi Nərimanov rayonunda yerləşir və Bakı Teleqüllə Kompleksi ilə əlaqələndirilib. Qüllənin hündürlüyü 140 metrə bərabərdir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31